Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Gilan İspahbadları (fars. اسپهبدان گیلان‎) və ya Gilan İspahbadlığı — İranda Talışlar tərəfindən idarə olunan kiçik knyazlıq. Vladimir Minorskiyə görə 11-ci əsr

Gilan İspahbadları

Vikipediya, azad ensiklopediya

Gilan İspahbadları (fars. اسپهبدان گیلان) və ya Gilan İspahbadlığı — İranda Talışlar tərəfindən idarə olunan kiçik knyazlıq. Vladimir Minorskiyə görə 11-ci əsrdə qurulan bu knyazlığı ilk Talış dövləti hesab etmək olar. Paytaxtı əvvəlcə Şindan qalası, 14-cü əsrdən etibarən isə Astara olub. Bu dövlət barədə məlumat olduqca azdır. Qətran Təbrizinin divanında Rəvvadi hökmdarı Vəhsudanın Ərdəbilə ordu göndərməsi və oranın hakimini özündən asılı salmasını qeyd etməsi onu göstərir ki, bu dövlət 11-ci əsrdən gec olmayaraq qurulub.

Tarixi

Gilan İspahbadları knyazlıqının sərhətləri.
Qafqazın 1311-ci il xəritəsində Gilan İspahbadları.

Vladimir Minorskinin fikrincə, Gilan və Muğan arasındakı ərazidə uzun müddət mövcud olmuş və hökmdarları ispəhbad və ya sipəhbad tituluna malik olan knyazlıq haqqında ətraflı məlumat demək olar ki, yoxdur. İbn Xordadbehə görə, Muğan Şəklə mənsub idi. 936-cı ilə doğru Muğanın ispəhbadı İbn-Dalüla, Gilanın üsyançı başçılarından olan Ləşkəri ibn-Mərdinin yanında yer alır ve Azərbaycanda kürd kökənli hökümdar Daysam ibn-İbrahimə qarşı çıxır. Yenə Minorksi öz əsərində qeyd edir ki, onların qərargahı Arazın şimal sahillərində idi fəaliyyətləri isə daha çox cənubda, Talışda mərkəzləşmişdi. Minorski üsyançıların Gilanın sonrakı ispahbadlarıyla eyni kökdən gəlib gəlmədiyini təyin edə bilmədiyini deyir.

Minorskinin fikrincə, Astaranın sonrakı valilərinin hələ də İspəhbadlar nəslini davam etdirib-etdirmədiklərini bilmirik. Hətta ruslar tərəfindən Şimali Talışın fəthindən sonra (1813) belə, Talış xanları ailəsi bəzi xüsusi hüquqları qoruyub saxlasa da, onların qədim sipahbadlarla əlaqəsinin dərəcəsi diqqətlə araşdırılmalıdır.

Qeydlər

  1. 885-ci ildən gec olmayaraq yazmışdır.
Üst