Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur

Girdiman qalası

  • Ana Səhifə
  • Girdiman qalası

Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir.

Cavanşir qalası
Ölkə  Azərbaycan
Şəhər İsmayıllı
Yerləşir Talıstan kəndi
Aidiyyəti Qafqaz Albaniyası
Sifarişçi Cavanşir
Üslubu Alban memarlığı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4359
KateqoriyaQala
ƏhəmiyyətiYerli əhəmiyyətli
40°49′ şm. e. 48°11′ ş. u.HGYO
Xəritə

Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görə də qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir.

Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən "Qız qalası"na yeraltı yolun olması güman edilir. Qalanın həyətində heç yanda tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın qərb divarları sürüşmə nəticəsində uçub dağılmışdır. Sahəsi təqribən 2 ha-dır. Qalada diametri 8 m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə qədər avtomobillə, kənddən qalaya qədər olan 4 km. məsafəni isə piyada və ya atla qət etmək lazımdır.

Cavanşir qalasının tam sxemini ilk dəfə olaraq 1963-cü ildə coğrafiya elmləri doktoru, professor Ramazan Tarverdiyev bussol planaalma yolu ilə tərtib etmişdir.

Mündəricat

Qalereya

Həmçinin bax

  • Qafqaz Albaniyası
  • Cavanşir
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Səyavuş Şəfiyev

  • Aprel 09, 2026

    Vüqar Camalzadə

  • Aprel 08, 2026

    Həşr surəsi

  • Aprel 10, 2026

    Azərbaycan Milli Məclisinin IV çağırış deputatları

  • Aprel 09, 2026

    Qanun (hüquq)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst