Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rayon mərkəzindən 8 km məsafədə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Sonrad

Gölkənd (Göyçə)

40°09′33″ şm. e. 45°14′05″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Kənd
Gölkənd
40°09′33″ şm. e. 45°14′05″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Aşağı Qaranlıq rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1830
Sahəsi
  • 5,1 km²
Mərkəzin hündürlüyü 1.929 ± 0 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 5.417 nəf. (1831, 1897, 1926, 1939, 1959, 1970, 1979, 1989, 2001, 2011)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1409
Xəritəni göstər/gizlə
Gölkənd xəritədə
Gölkənd
Gölkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gölkəndİrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.

Tarixi

Rayon mərkəzindən 8 km məsafədə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Sonradan Gölkənd oykonimindəki kənd coğrafi nomeni ixtisar edilərək, erməni mənbələrində Göl formasında qeyd edilmişdir.

Toponimi

Toponim Azərbaycan dilində "dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi" mənasında işlənən göl sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Liçk (Göl) qoyulmuşdur.

Əhalisi

Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır. Burada ermənilərlə yanaşı 1897-ci ildə 23 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə baş verən erməni azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Üst