| Gövhərmülk Sultan | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1468 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1550 (81–82 yaşında) |
| Vəfat yeri |
|
| Atası | II Bəyazid |
| Anası | Bülbül Xatun |
| Həyat yoldaşı | Dukakinzadə Mehmed Paşa |
| Uşaqları | Sultanzadə Əhməd bəy Nəslişah xanım Sultan |
Gövhərmülk Sultan (1468, Amasya ili – 1550, İstanbul) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.
Həyatı
Gövhərmülk Sultan 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə Bülbül Xatundur. Böyük qardaşı Şahzadə Əhmədin 1480-ci ildə Çorum sancaqbəyi təyin edilməsinin ardından o və bacıları analarıyla birlikdə qardaşının yanına göndərildi. Ancaq cəmi bir il sonra atası taxta çıxmış, əmisi Cem Sultanla taxta mübarizəsinə başlamışdı.
Gövhərmülk Sultan 1482-ci ildə atasının ən yaxın dəstəkçilərindən Ankara sancaqbəyi Dukakinzadə Əhməd Paşanın oğlu Mehmed Paşa ilə nigahlandı. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəld. Gövhərmülk Sultan 20 yanvar 1550-ci ildə İstanbulda vəfat etdi. Cənazəsi Zal Mahmud Paşa məscidi yaxınlığında kürəkəni tərəfindən inşa edilən sübyan məktəbinin həyətinə dəfn edildi. Daha sonra vəfat edən qızı və kürəkəni də yanına dəfn edilmişdir.
Övladları
- Sultanzadə Əhməd bəy (ö. 1537) — divan şairi olmuşdur.
- Nəslişah xanım Sultan (ö. 1579) — Dukakinzadə İbrahim bəylə (ö. 1582) nigahlanmışdır.
- 1468-ci ildə doğulanlar
- Amasya ilində doğulanlar
- 1550-ci ildə vəfat edənlər
- İstanbulda vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Osmanlı sultanlarının qızları