Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Gülabbas Abas oğlu Qəhrəmanov (1 fevral 1942, Bəklə, Şamaxı rayonu – 12 yanvar 2025, Bakı) — Qobustan rayon partiya komitəsinin I katibi, Qobustan rayonu İcra h

Gülabbas Qəhrəmanov

Vikipediya, azad ensiklopediya
Gülabbas Qəhrəmanov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1994 bilinmir
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1942(1942-02-01)
Doğum yeri
Vəfat tarixi 12 yanvar 2025(2025-01-12) (82 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi (1962–1967)

Gülabbas Abas oğlu Qəhrəmanov (1 fevral 1942, Bəklə, Şamaxı rayonu12 yanvar 2025, Bakı) — Qobustan rayon partiya komitəsinin I katibi, Qobustan rayonu İcra hakimiyyətinin başçısı (1992), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.

Həyatı

Gülabbas Qəhrəmanov 1 fevral 1942-ci ildə Şamaxı rayonunun Bəklə kəndində (indi bu kənd Qobustan rayonuna aiddir) anadan olmuşdur. Bəklə kəndində ibtidai, Nabur kəndində natamam, Nərimankənd kənd orta məktəbini bitirmişdir.

1962–1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır.

Fəaliyyəti

Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirdikdən sonra "Yeni Şirvan" qəzetinə təyinat almışdır. Daha sonra Şamaxı rayon partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri, Şamaxı rayon Xalq Nəzarət Komitəsinin sədri, Qobustan rayon partiya komitəsinin I katibi vəzifələrində işləmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. Milli Məclisin deputatı olmuşdur.

Üst