Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Gülcamal Qadınəfəndi (Osmanlı türkcəsi: سمايلي جنتلمان) (1826, Albaniya – 15 dekabr 1851, İstanbul) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 3

Gülcamal Qadınəfəndi

Vikipediya, azad ensiklopediya
Gülcamal Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1826(1826)
Doğum yeri
  • Albaniya
Vəfat tarixi 15 dekabr 1851(1851-12-15) (24–25 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Yeni Məscid
Həyat yoldaşı
Uşaqları
  • V Mehmed,
  • Rəfiyə Sultan,
  • Fatma Sultan
Ailəsi Osmanlı sülaləsi

Gülcamal Qadınəfəndi (Osmanlı türkcəsi: سمايلي جنتلمان) (1826, Albaniya15 dekabr 1851, İstanbul) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 35-ci Osmanlı sultanı V Mehmed Rəşadın anası.

Həyatı

Gülcamal Qadınəfəndi 1826-cı ildə Bosniya əyalətində dünyaya gəlmişdir. Əsl adı bilinmir. Kiçik yaşlarında bacısı Bimisal xanımla birlikdə Osmanlı sarayına alınmış, 1840-cı ildə isə Topqapı sarayında Sultan Əbdülməcidlə evlənmişdir. Bu nikahdan 5 övladı olsa da, bunlardan ikisi ölü doğulmuşdur. Gənc yaşında vəfat etdiyi üçün həyatda qalan üç övladı Sultan Əbdülməcidin digər xanımı Sərvətsəza xanımın himayəsində böyümüşdür. Belə ki, Gülcamal xanım 1851-ci ildə uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etdi. Cənazəsi Yeni məsciddə Validə Turhan Sultan türbəsinə dəfn olunmuşdur.

Yeganə oğlu Mehmed Rəşad Əfəndi isə onun ölümündən 58 il sonra taxta çıxmışdır. Qardaşı oğlu olan Sabit bəy Sultan Rəşadın yavərlərindən idi.

Övladları

  • Fatma Sultan (d. 1 noyabr 1840 — ö. 29 avqust 1884)
  • Rəfiyə Sultan (d. 7 fevral 1842 — ö. 4 yanvar 1880)
  • Xədicə Sultan (d. 1842) — Ölü doğulub.
  • Mehmed Rəşad Əfəndi (d. 2 noyabr 1844 — ö. 3 iyul 1918)
  • Ruqiyə Sultan (d. 1850) — Ölü doğulub.
Üst