Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Günəş Mehdizadə 8 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino ak

Günəş Mehdizadə

  • Ana Səhifə
  • Günəş Mehdizadə

Günəş Raqib qızı Mehdizadə (8 aprel 1985, Bakı, Azərbaycan SSR) — Azərbaycan kino aktrisası.

Günəş Mehdizadə
Günəş Raqib qızı Mehdizadə
Doğum adı Güntegin Raqib qızı Əliyeva
Digər adları Günəş Mehdiyeva
Günəş Əliyeva
Doğum tarixi 8 aprel 1985 (41 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Uşağı 2
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 2004-cü ildən
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İstiqamət kino
serial
Boyu 1.70

Mündəricat

Həyatı

Günəş Mehdizadə 8 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə Vaqif İbrahimoğlunun kursunda təhsil almışdır.

2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlamışdır.

Şəxsi həyatı

2008-ci ildə ailə həyatı qurmuşdur. 2 övladı var.

Mükafatlar və nominasiyalar

2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində Gənclər mükafatına layiq görülmüşdür.

18 dekabr 2014-cü ildə "Fədakar" filmində ifa etdiyi Fəridə obrazına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

2018-ci ildə "Yoxdu belə söhbət" filmindəki Sara roluna görə, Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatına namizəd olub.

Filmoqrafiya

Bədii filmlər

  1. Xəzər gəlini (film, 2005) — Gənc qız
  2. Hökmdarın taleyi (film, 2008) — Ağabəyim ağa
  3. Sübhün səfiri (film, 2012) — Nisə xanım
  4. Rəssam (film, 2015) — Aygün
  5. Skripkaçı (film, 2015) — Çətirli qız
  6. Fədakar (film, 2015) — Fəridə
  7. Qayıdış (film, 2016) — Həcər
  8. Yoxdu belə söhbət (film, 2017) — Sara
  9. The Bra (film, 2018)
  10. Balıqçının qızı (film, 2019)— Mənzər
  11. Jara (film, 2019) — Dəniz
  12. Suğra və oğulları- (film, 2021) — Suğra
  13. Buzlar əriyəndə (film, 2025)

Seriallar

  1. Qaranlıqlar çiçəyi (teleserial, 2011) — Lalə
  2. Miras (teleserial, 2015) — Nura
  3. Sənin deyil (teleserial, 2016) — Ramilə
  4. Məryəm (teleserial, 2016) — Məryəm
  5. Yad gəlin (serial, 2020) — Hicran
  6. Sevginin ünvanı (serial, 2023) — Bəsti
  7. Vətəndaş A — Almaz

Xarici keçirlər

  • Aktrisa Günəş Mehdizadə: "Ona vurulmuşdum" — FOTO — MÜSAHİBƏ
  • Молитвы у моря  (rus.)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Rasim Balayev

  • Aprel 07, 2026

    Adda çayı

  • Aprel 06, 2026

    Səhiyyə iqtisadiyyatı

  • Aprel 03, 2026

    Çəmbərəkənd qəbiristanlığı

  • Aprel 07, 2026

    Fransa Akademiyası

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst