Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sadə şəkildə desək, günəş yanıqları bədənin açıq hissələrinə günəş şüalarının uzun müddətli təsiri nəticəsində (ultrabənövşəyi şüalanma) əmələ gəlir.

Günəş yanıqları

Vikipediya, azad ensiklopediya
Günəş yanıqları
XBT-10 L55
XBT-10-KM L55
XBT-9 692.71
XBT-9-KM 692.71
MedlinePlus 003227
MeSH D013471
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Günəş yanıqları — günəş şüalarının birbaşa təsiri nəticəsində baş verən yanıqlar.

Sadə şəkildə desək, günəş yanıqları bədənin açıq hissələrinə günəş şüalarının uzun müddətli təsiri nəticəsində (ultrabənövşəyi şüalanma) əmələ gəlir.

Günəş yanıqlarında tipik olan əlamətlərdən dərinin intensiv qızarması və ağrılı olmasıdır. Bu əlamətlər, bir qayda olaraq, insolyasiyadan (günəş şüalarının təsiri) 20–401 sonra baş verir.

Günəş yanıqlarının simptomları

Günəş yanıqlarının simptomları aşağıdakilərdir:

  • ağrı;
  • dərinin qızarması, qaşınması və şişməsi;
  • üşümə;
  • baş ağrısı;
  • halsızlıq;
  • hərarətin qalxması;
  • ağır hallarda suluqların əmələ gəlməsi, ürəkbulanma, qusma hətta bayılma.

Günəş yanığının fəsadları

Fotoyaşlanma əlamətləri - qırışlar, dərinin elastikliyinin azalması, tünd ləkələrin yaranması. Həm UVA , həm də UVB şüalarının uzun müddətli təsiri nəticəsində gələcəkdə dəri xərçənginin yaranma ehtimalı ola bilər.

Həmçinin bax

  • Yanıq;
  • Zədə;
  • Dəri;
  • Günəş.

Qeydlər

  1. UVA şüaları — dərinin yaşlanmasını sürətləndirən şüalardır.
  2. UVB şüaları — dərini yandıran şüalardır.
Üst