| Hündür mərəvcə | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| Elmi təsnifat | ||||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Birləpəlilər Dəstə: Zanbaqçiçəklilər Fəsilə: Mərəvcəkimilər Cins: Mərəvcə Növ: Hündür mərəvcə | ||||||||
| Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
| ||||||||
Hündür mərəvcə (lat. Smilax excelsa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Təbii yayılması
Avropa, Kiçik Asiya və İranda təbii halda bitir.
Botaniki təsviri
Hündürlüyü 15-20 m-ə, diametri 10-15 mm-ə çatan lianadır. Zoğları şirəli, lətli, qırmızıtəhər və çılpaqdır. Gövdələrinin uzunluğu 4-8 mm, iti iynələrlə örtülmüş, elastik, möhkəm, yaşılımtıl-boz rəngdədir. Yarpaqlari parlaq həmişəyaşıl, növbəlidir, dəyirmi və ya üçbucaq-yumurtavari, ucları sivriləşmiş, qaidə hissələri ürək şəklindədir. Yarpaq saplaqları tikanlı, qisadır. Çiçəkləri bircinsli, ikievli olub, yarımçətir şəklində, yaşilimtıl və ya yaşıl-qonur rəngdədir, uzunluğu 15-20 sm-dir. Salxım formalı qoltuq çiçəklərin uzunluuğu 4-10 mm, çiçək saplağının uzunluğu isə 5-7 mm-dir. Çiçəkyanlığı 6 yarpaqlı, ləçəkvari formadadır, uzunluğu 4-5 mm-dir. Çiçəklərdə 6 erkəkcik olur və onlar çiçəkyanlığının qaidəsinə yapışmışdır. Yumurtalığı 1-dir; dişicik ağzı 3-dür. May-iyun aylarında çiçək açır. Meyvəsi endospermalıdır, qırmızı, kürəvi, eni 5-10 mm-dir, oktyabr-noyabr aylarında yetişir. Toxumları qonur, yarımşəffaf, diametri 4-5 mm-ddir. Toxum və ya kökümsov gövdələrlə çoxalır.
Ekologiyası
Bataqlıq meşələrdən əhəngdaşlı qayalıqlaradək yayılmışdır. Nəmişli torpaqları, kölgəli və ya zəif kölgəli yerləri sevir.
Azərbaycanda yayılması
Şamaxıda, Şabranda, Qubada, Kür-Araz ovalığında, Alazan-Ağrıçay vadilərində, Lənkəranda təbii halda bitir.
İstifadəsi
Cavan zoğlarını yumurta ilə bişirib yeyirlər.Giləmeyvələrində C vitamini vardır. Yaşillaşdırmada çəpərlərin salınmasında, həyət və bağçalarda çardaq düzəltmək və s. məqsədlər üçün istifadə oluna bilər.
Həmçinin bax
- Mərəvcə
