Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hüseyn Həsən oğlu Haqverdiyev (3 mart 1956, Ucar) — Azərbaycan rəssamı, fotoqraf və heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2021).

Hüseyn Haqverdiyev

Vikipediya, azad ensiklopediya
Hüseyn Haqverdiyev
Doğum tarixi 3 mart 1956(1956-03-03) (70 yaş)
Doğum yeri
  • Ucar, Azərbaycan SSR, SSRİ
Atası Həsən Haqverdiyev
Fəaliyyəti heykəltaraş
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
  • Sankt-Peterburq İncəsənət və Sənaye Akademiyası[d]
Mükafatları Azərbaycan Respublikasının xalq rəssamı — 2021 Azərbaycan Respublikasının əməkdar rəssamı — 2002

Hüseyn Həsən oğlu Haqverdiyev (3 mart 1956, Ucar) — Azərbaycan rəssamı, fotoqraf və heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2021).

Həyatı

Rəssam Həsən Haqverdiyevin və Vera Kalininanın oğlu olaraq 1956-cı ildə Ucarda anadan olmuşdur. 1958-ci ildə ailəsi Bakıya köçmüşdür. 1971-ci ildə Əzim Əzimzadə adına İncəsənət kollecinə daxil olmuş, 1975-ci ildə oradan məzun olmuşdur. Həmin il Vera Muxina adına Leninqrad ali incəsənət akademiyasına daxil olmuş, heykəltaraşlıq fakültəsini 1980-ci ildə bitirmişdir. Azərbaycan Həvari Prefektinin baş kafedral kilsəsi olan Müqəddəs Bakirə Məryəm kilsəsindəki "Bakirə Məryəm" heykəlinin müəllifidir. Səngəçal terminalının girişindəki "Xəzər dənizi əfsanəsi" əsərinin müəllifidir. İlk simpoziumu 1980-ci ildə nümayiş olunmuşdur. Hindistan, ABŞ, Almaniya, Gürcüstan, BƏƏ kimi ölkələrdə sərgi və simpoziumları baş tutmuşdur. 2014-cü ildə Özbəkistanda solo sərgisi baş tutmuşdur. Bakıda yaşayır.

Ailəsi

Əli Haqverdiyev, Ucal Haqverdiyev, Səidə Haqverdiyeva, Aidə Haqverdiyeva və Zemfira Qafarovanın qardaşıdır.

Təltif və mükafatları

  • "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 16 oktyabr 2021
  • "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 30 may 2002

Filmoqrafiya

  • "Fransız" (film, 1995) — quruluşçu rəssam kimi.
Üst