Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hüseynbala Ağaverdi oğlu Ağaverdiyev (may 1888, Kürdəxanı, Bakı – 3 oktyabr 1937, Bakı) — Azərbaycan inqilabçısı, dövlət xadimi, repressiya qurbanı.

Hüseynbala Ağaverdiyev

Vikipediya, azad ensiklopediya
Hüseynbala Ağaverdiyev
Azərbaycan SSR xalq yerli sənaye komissarı
11 yanvar 1935 – iyun 1937
SonrakıZəkəriyyə Balaxlinski
Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini
11 yanvar 1935 – 16 may 1936
SədrHüseyn Rəhmanov
"Azneft" Birliyi rəisinin müavini
1929 – 1934
Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri
1927 – 1929
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
21 yanvar 1926 – 1927
(Əliheydər Qarayev və Levon Mirzoyanla birlikdə)
Şəxsi məlumatlar
Doğum tarixi may 1888(1888-05)
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 1937(1937-10-03) (49 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti inqilabçı, dövlət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüseynbala Ağaverdi oğlu Ağaverdiyev (may 1888, Kürdəxanı, Bakı – 3 oktyabr 1937, Bakı) — Azərbaycan inqilabçısı, dövlət xadimi, repressiya qurbanı.

Həyatı

1888-ci ildə Bakının Kürdəxanı qəsəbəsində doğulmuşdur. 1901-ci ildə atasının ölümündən sonra Balaxanıda alman milyoner Riderlin mədənlərində işləməyə başlayıb. 1917-ci ilin əvvəllərindən fəhlə hərəkatına qoşulmuş, Binəqədidə fəhlələr arasında inqilabi iş aparmışdır. Həmin ilin may ayında isə bolşevik hərəkatına qoşulmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Binəqədi RİK tərkibinə daxil olmuşdur. 1922–26-cı illərdə respublika Mədən Fəhlələri Həmkarlar İttifaqı Mərkəzi İdarə Heyətinin sədrinin müavini olmuşdur. 1926-cı ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinin icrası Əliheydər Qarayev, Hüseynbala Ağaverdiyev və Levon Mirzoyandan ibarət katibliyə həvalə edilmişdi. 1927–29-cu illərdə Azərbaycan SSR XTŞ-sədri, 1929–34-cü illərdə Azneft Birliyi rəisinin müavini işləmişdir. 1933-cü ildə ABŞ-yə işgüzar səfər etmişdir. 1935-ci illərdən Azərbaycan SSR XKS sədrinin müavini, həmçinin xalq yerli sənaye komissarı vəzifəsində çalışmışdır. 1934-cü ildə Zaqafqaziya partiya təşkilatlarının VII qurultayında ÜİK(b) Zaqafqaziya Ölkə Komitəsinə, 1935-ci ildə isə Zaqafqaziya mərkəzi icraiyyə komitəsinə üzv seçilib.

Həbsi və ölümü

17 iyul 1937-ci ildə "Trotski-Zinovyevçi əks-inqilabi təşkilatın fəaliyyətində iştirak" etməyə görə həbs edilmiş, 766-cı əmrlə I kateqoriya ilə güllələnməyə məhkum olunmuşdur. 3 oktyabr 1937-ci ildə edam olunmuş, 24 dekabr 1956-cı ildə bəraət verilmişdir.

Ailəsi

Ağaverdiyeva Xədicəxanım Xudaverdi qızı (d. 1902 — ö. 13 fevral 1944) ilə evlənmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 24 oktyabr 1937-ci il tarixdə saxlanılmış və 9 dekabr 1937-ci il tarixdə XDİK-in qərarına əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Xədicəxanım Ağaverdiyeva 19 oktyabr 1956-cı il tarixdə Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının qərarına əsasən bəraət almışdır. Övladları:

  • Sara Ağaverdiyeva (d.1922)
  • Törə Ağaverdiyeva (d.1925)
  • Lətifə Ağaverdiyeva (d.1929)
  • Şükufə Ağaverdiyeva (d.1934)
Üst