Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002).

Hüsniyyə Mürvətova

Vikipediya, azad ensiklopediya
Hüsniyyə Mürvətova
Hüsniyyə Vaqif qızı Mürvətova
Doğum adı Hüsniyyə Vaqif qızı Mürvətova
Digər adı Hüsniyyə Vaqifqızı
Doğum tarixi (55 yaş)
Doğum yeri Siyəzən, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti
IMDb ID2928066

Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002).

Həyatı

Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994–1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır.

2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

2000-ci ildə ailə həyatı quran aktrisa 6 ildən sonra boşanır. Hazırda Orxan adlı bir oğlu var. Atası şair Vaqif Mürvətov (Vaqif Tacı Ələzli)  2021-ci ildə vəfat edib. Hüsniyyə Mürvətova atasının o tamaşada olarkən vəfat etdiyini açıqlayıb.

Əsas rolları

Sumqayıt Dövlət Dram Teatrı

AdRol
Dərs (Rafiq Səməndərov)Sevda
Şah İsmayıl
Ölülər
Dünyaxanım ev axtarır

Bakı Bələdiyyə Teatrı

AdRol
Tomris (O. Altunbay)Tomris
Nadir şah (Nəriman Nərimanov)Gülcahan
Vətənə igidlər gərəkdir (R. İçərişəhərli)Əsmər
Dəli Domrul (A. Məmmədov)Banı
Ağ və qara (H. Fətullayev)qız
İnsan və iblis (Ə. Pəhləvan)Şükriyyə
Elektra (Sofokl)Elektra
Xəyanətin müsibəti (İ. Kərimov)Ümmi İshaq
Dönüş (C. Cabbarlı)Gülsabah
Türk sancağı (A. Qurbani)Yasəmən
İblis (H. Cavid)İblis
Şanlı VətənJurnalist
NəsimiFatma
Nizami
Şuşada ürəyim qaldı
Sən QayıdacaqsanQadın
Çingiz Aytmatov "Ana tarla"Tolqonay
Elcin Əfəndiyev "Şekspir"Sara Bernar
Ötən günlərÖzbək xanım

Filmoqrafiya

İlAdQeyd Rol Rejissor
1992Ünvansız qızTeleserial Rövşən Almuradlı
1993Mənim ağ şəhərimFilm Gülsüm Mərahim Fərzəlibəyov
1994Anamın kitabı Rövşən Almuradlı
1995Muğam Şeir deyən Tariyel Vəliyev
1996Mənim taleyimTeleserial Bəhram Osmanov
1998Qırmızı qarFilm Mərahim Fərzəlibəyov
Məhkumlar Film Leyla (obrazı səsləndirən) (aktrisa Sevinc Əliyeva) Mehriban Ələkbərzadə
2007Yanmış körpülər Təhminə Elçin Məmiyev
QızlarTeleserial Turan Namiq Ağayev
2009Daş atanFilm
2010Susmuş vicdan Elçin Cahangirli
2011Aramızda qalsınTeleserial Rüfət Şahbazov, Ramin Nəbiyev
2012Salamat qal ağca yolQısametrajlı film-tamaşa Məhərrəm Bədirzadə
2014BoyunbağıTeleserial Elçin Məmiyev
2017İkinci gülləQısametrajlı dram filmi qırmızı paltarlı qadın Natiq Rəsul
2018QaragözFilm
Qorxaq
2019Qara yazıTeleserial
Məhəbbətə məğlub Elşən Heydərov
2020FloraFilm
2022Zəhər Tuluğu
2023Qütb ulduzuQısametrajlı bədii film Şirin Əhmədov
2024Ərik AcısıRusiya istehsalı serial Alıksandr Moxov
GündəlikTeleserial Pərviz Həsənov
2024Əlvida Xoşbəxtlik Vüsal Məmmədov
İzqoiRusiya istehsalı serial Sergey Çekalov
Spinozanın tanrısıBədii film Cavid Təvəkkül

2025 ,,Mən ,lalə və Şerlok Homs,,

Üst