Həşt-Behişt —1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.
Kateqoriyalar:
- Vikipediya:Köhnəlmiş məqalələr
- Ağqoyunlular
- Azərbaycan memarlığı
- XV əsr memarlığı