Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Orta təhsil aldığı Azərbaycan Dövlət incəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsini 2004-cü ildə bitirib. Həcər Ağayeva 2005-ci ildə S. Vurğun adına Dövlət Rus

Həcər Ağayeva

Vikipediya, azad ensiklopediya
Həcər Ağayeva
Həcər Maqsud qızı Ağayeva
Doğum adı Həcər Maqsud qızı Ağayeva
Doğum tarixi (40 yaş)
Doğum yeri Bakı
Həyat yoldaşı Elmar Ələkbərov
Uşaqları Elmir
Yasmin
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2021

Ağayeva Həcər Maqsud qızı (1986, Bakı) — Azərbaycan aktrisası, Azərbaycanın Əməkdar artisti (2021).

Həyatı

Orta təhsil aldığı Azərbaycan Dövlət incəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsini 2004-cü ildə bitirib. Həcər Ağayeva 2005-ci ildə S. Vurğun adına Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasını bitirib.

2004–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissoru fakültəsində təhsil alıb. 2004-cü ildən S. Vurğun adına Rus Dram teatrın aktrisasıdır.

Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib.

17 mart 2021-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Bir dəfə Qafqazda (film, 2007)
  2. Cavid ömrü (film, 2007) — Firəngiz
  3. Tanrıverdinin nağılı (film, 2008) — Şəms
  4. Laplandiyalı qonaq (film, 2009)
  5. Sonuncu dərviş (film, 2009) — Maral Rəhmanzadə
  6. Aramızda qalsın (film, 2011-2013) — Əfsanə
  7. Vəkil hanı? (film, 2011) — Esya
  8. Şəbəkə (film, 2011) — Fəridə həkim
  9. Sirr (serial, 2012) — Gülnaz
  10. Həyat sən nə qəribəsən (teleserial, 2013)
  11. 2 ömür (film, 2016-2017) (bədii serial) — Səhər
  12. Həddən artıq uyğunluq (film, 2016)
  13. Əqrəb mövsümü "İki dünya bir olsa da" (teleserial, 2025) — Sona
  14. Tağıyev. Məktəb (film, 2026) — Hənifə Məlikova
  15. Akinak (film, 2026)
Üst