Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu və ya qısaca Hədəf Bakıdır — İkinci Dünya müharibəsi barədə çəkilmiş sənədli film.

Hədəf Bakıdır

  • Ana Səhifə
  • Hədəf Bakıdır

Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu və ya qısaca Hədəf Bakıdır — İkinci Dünya müharibəsi barədə çəkilmiş sənədli film.

Hədəf Bakıdır
Filmin afişası
Filmin afişası
Rejissor Robert Maqnerot
Əsərin müəllifi Lui Vodevil
İstehsalçı Baku Media Center
Filmin növü sənədli televiziya filmi
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2015

Mündəricat

Məzmun

Film Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədə rolundan bəhs edir. Filmdə mühərriklər müharibəsi adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən — neft uğrunda döyüş mövqeyindən baxılır. 1941–1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür.

Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Təsadüfi deyil ki, Bakı və onun qara qızılı Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi. Filmdə bugünədək nümayiş etdirilməyən kinokadrlar restavrasiya olunaraq rəngli formatda təqdim edilir.

Haqqında

Film Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmişdir. Filmin layihə rəhbəri Arzu Əliyevadır.

Təqdimatı

"Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 10, 2026

    Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri

  • Aprel 02, 2026

    AccessBank (Azərbaycan)

  • Mart 26, 2026

    Silisium

  • Aprel 08, 2026

    Mişel Obama

  • Aprel 18, 2026

    Kimyəvi silahlar

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst