Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Həmid Herisçi 30 aprel 1961-ci ildə Bakı şəhərində anadan olub. Atası Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Atası tərəfi əslən Təbriz

Həmid Herisçi

Vikipediya, azad ensiklopediya
Həmid Herisçi
Həmid Qafar oğlu Herisçi
Doğum tarixi 29 aprel 1961(1961-04-29) (65 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan, Bakı
Vətəndaşlığı Azərbaycan
Həyat yoldaşı İlhamiyyə Rza
Atası Qafar Kəndli
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti yazıçı, jurnalist
Fəaliyyət illəri 1990~
Mükafatları "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı

Həmid Herisçi (29 aprel 1961, Bakı) — Azərbaycan yazıçısı, şairi, publisist, televiziya aparıcısı.

Həyatı

Həmid Herisçi 30 aprel 1961-ci ildə Bakı şəhərində anadan olub. Atası Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Atası tərəfi əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir, "Herisçi" soyadını da bu bölgənin adından alıb.

Həmid Herisçi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Nekroloq" və "Əli. Nino. Bakı" adlı postmodern üslubda yazılmış irihəcmli romanların və şeirlərin müəllifidir. Bir zamanlar həyat yoldaşı İlhamiyyə Rzayeva ilə birlikdə Space telekanalında "Gecə kanalı" adlı verilişdə aparıcılıq edib. 2002-ci ildə yaradılmış Azad Yazarlar Ocağının qurucularından biridir. 2013-cü ildə ANS telekanalında "Gizli Azərbaycan" verilişinin aparıcısı olub.

Ailəsi

  • Qafar Kəndlinin oğludur.
  • Jurnalist İlhamiyyə Rzayevanın həyat yoldaşıdır.

Kitabları

  • Nekrokoq, roman, B., Oka nəş. 2005
  • Əli və Nino, roman., Eyniadlı məşhur romanın dekonstruksiyası B., Oka, 2008,
  • SSRİ, şerlər, B., Qanun, 2007.
  • Konspiroloq. Bakı: Qanun, 2010.
  • Portretlər. Bakı: Zero, 2013.
  • Solaxay (roman). Bakı: Zero, 2014.
  • Hekayələr. Bakı: Ol, 2017
  • Sekond hənd—ikinci həyat (şeirlər). Bakı: Parlaq İmzalar, 2022
  • İki səmanın qartalı (hekayələr). Bakı: Qanun, 2024.
Üst