Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hüseynzadə Bağı oğlu Həmidağa (13 avqust 1990, Bakı – 28 sentyabr 2020, Göygöl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsus

Həmidağa Hüseynzadə

Vikipediya, azad ensiklopediya
Həmidağa Hüseynzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Göygöl rayonu, Azərbaycan
Dəfn yeri 2 saylı Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • Silahlı Qüvvələrin TTM-i,
  • Heydər Əliyev adına Hərbi İnstitut (2008–2012)
Hərbi fəaliyyəti
Mənsubiyyəti Müdafiə Nazirliyi
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2012—2020
Rütbəsi
Kapitan
Döyüşlər

  Qarabağ müharibəsi (2020)

Təltifləri "Qarabağ" ordeni "Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Hüseynzadə Bağı oğlu Həmidağa (13 avqust 1990, Bakı28 sentyabr 2020, Göygöl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gecən xüsusi əməliyyat zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Həyatı

Bakı şəhərində onun adına olan küçə.

Həmidağa Bağı oğlu Hüseynzadə 1990-cı il, avqustun 13-də Bakı şəhərində anadan olub.

2008-ci ildə Nəsimi rayon A. Şaiq adına 54 nömrəli tam orta məktəbdən məzun olub. 2008–2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakültəsində ali hərbi təhsil alıb. 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 24 iyun 2012-ci il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 25 iyun 2019-cu il tarixli əmri ilə "kapitan" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 8 il ərzində motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah bölüyünün tank əleyhinə taqımının komandiri, xüsusi təyinatlı taborun xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun baş kəşfiyyatçısı, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı komandasının baş kəşfiyyatçısı, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı komanda komandirinin müavini, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupun komandirinin müavini vəzifələrində xidmət edib. Tovuz, Ağdam və Füzuli rayonlarında fəaliyyət göstərib.

2016-cı ilin 2–5 aprel döyüşlərində iştirak edib. Lələtəpə yüksəkliyinin alınmasında roluna görə Prezident İlham Əliyev onu müvafiq medallarla təltif edib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ zirvələri uğrunda gedən xüsusi əməliyyata qatılıb. Sentyabrın 28-də Göygöl rayonu istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub.

Həmidağa Hüseynzadənin məzarı Bakıda, 2 saylı Şəhidlər Xiyabanında yerləşir.

Şəxsi həyatı

Atasının adı Bağı, anasının adı Gülnarədir. Amin adlı qardaşı var. Evli idi. Həmidə adında bir qızı var.

Xatirəsi

Şəhadət günlərində (28 sentyabr) və doğum günlərində (13 avqust) Nəsimi rayonunda Yeni Azərbaycan Partiyası təşkilatı, Rayon İcra Hakimiyyəti, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən xatirə tədbirləri keçirilir. Elxan Yurdoğlu tərəfindən onun haqqında şeirlər yazılmışdır.

Təltifləri

Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.

Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Üst