Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Hacı Cavad məscidi — Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşmiş yerli əhəmiyyətli tarixi abidə olmuş məscid.

Hacı Cavad məscidi

  • Ana Səhifə
  • Hacı Cavad məscidi

Hacı Cavad məscidi — Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşmiş yerli əhəmiyyətli tarixi abidə olmuş məscid.

Hacı Cavad məscidi
Hacı Cavad məscidi
Məscidin ön tərəfi sökülməmişdən əvvəl (2016)
Məscidin ön və yan tərəfi sökülməmişdən əvvəl (2016)
Ölkə  Azərbaycan
Şəhər Bakı, Yasamal, Abulla Şaiq küçəsi, 79
Yerləşir Bakı
Aidiyyəti Qafqaz Müsəlmanları İdarəsi
Tikilmə tarixi 1912
Vəziyyəti 2017-ci ildə sökülüb
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3511
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
40°22′09″ şm. e. 49°49′33″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzun müddət məscidin axundu Hacı Əhliman Rüstəmov olub.

Mündəricat

Tarixi

Hacı Cavad məscidi (uzaqdan)

Yerli camaatın bildirdiyinə görə, bu məscidi tikdirən Hacı Cavad tacir olub. Məscidin əvvəlki giriş qapısının üstündə isə 3 daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir.

Hacı Cavad bu məscidi tikdirdikdən sonra İrana Məşhəd ziyarətinə gedmiş və 1902-ci ildə orada vəfat edmişdir. Bundan sonra məscidin idarə olunması məhəllədə ağsaqqal və hörmət sahibi olan Hacı Əbdülhəsən bəy adlı şəxsə həvalə olunmuşdur.

Məsciddə ümumi ibadət yerindən əlavə mədrəsə də fəaliyyət göstərib. Məhəllə ağsaqqallarının dediklərinə görə, Əliağa Vahid ilk təhsilini məhz bu mədrəsədə alıb.

Sovet hakimiyyətinin ilk illərində bu ibadət və elm ocağı öz fəaliyyətini dayandırmışdır. Sonralar mədrəsə hücrələri əhaliyə yaşamaq üçün paylanılmış, məscidin binası isə uşaq bağçası kimi istifadə edilmişdir. Daha sonralar isə bağça da bağlanmış və məscid bayraq-plakat emalatxanasına çevrilmişdir.

SSRİ-nin süqutundan sonra, başqa xalqlar kimi, azərbaycan xalqı da müstəqillik əldə etdikdə, bağlı qalmış pirlər, məscidlər və s. müqəddəs ocaqlar xalqın üzünə açılmağa başladı. Yerli cammat və ağsaqqalların səyləri nəticəsində bu məscid də açılıb bərpa olundu. Məscidin adı ilə bağlı isə ilk öncə yanlışlıq baş verdi. Yerli əhalinin çoxunun yadında məscidin banisi deyil, onu idarə edən Hacı Əbdülhəsən bəy qalmışdı. Məhz bu səbəbdən ilk zamanlar məscidin adı "Hacı Əbdülhəsən bəy" qoyuldu. Lakin çox keçməmiş Hacı Cavadın varisləri olan nəvəsi Kubra xanım və onun oğlu Seyyid Rasim tarixi faktlarla məscidin kim tərəfindən inşa olunduğunu sübut etdilər. Bundan sonra məscidin adı dəyişilərək "Hacı Cavad" qoyuldu.

Açılıb yenidən möminlərin istifadəsinə verildikdən sonra "Hacı Cavad" məscidinin ilk axundu və dini icmasının sədri Hacı Namiq Babaxanov olmuşdur.

Məsciddə Əzizov Kanan Sərvan oğlunun sədrlik etdiyi "Hacı Cavad" məscidi dini icması fəaliyyət göstərib.

Memarlıq

Bu məscid düzbucaqlı formaya malikdir. Məscidin minarəsi, minbəri yoxdur. Mehrabı tağvari formada olub, sadədir. İç sahəsi 12x18 metr, yerdən tavana qədər hündürlüyü 6 metr, yerdən günbəzədək isə 9 metrdir. Günbəzində 2 gözlük qoyulub.

Divarlarının qalınlığı 1 metr olan bu məscid yonulmuş sal daşlarla tikilib. Fasad divarlar suvanmayıb, iç divarlar isə suvanaraq ağardılıb.

Sökülməsi

2017-ci ilin aprel ayında məscidin sökülməsi gündəmə gəlmiş və bu etirazlara səbəb olmuşdur. Ardınca Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə söküntü işləri dayandırılıb.

2017-ci ilin iyun ayında İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülüb, həmin rayonun ərazisində yeni ünvanda, Abbas Mirzə Şərifzadə küçəsində yenisinin təməlinin qoyulmasına qərar verilib.

2017-ci ildə, 30 iyundan 1 iyula keçən gecə Yasamal RİH tərəfindən sökülüb.

Bu hadisədən sonra Prezident İlham Əliyev qəzəblənib və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevi Hacı Cavad məscidinin "sökülməsinə görə" işdən çıxarıb.

Həmçinin bax

  • Hacı Cavad məscidi (yeni)
  • Hacı Əbdürrəhim bəy Qulubəyov məscidi
  • Xanım Fatimeyi-Zəhra məscidi (Yeni Günəşli)
  • Azərbaycanda dini etiqad azadlığı
  • Azərbaycanda mövcud olmuş məscidlərin siyahısı
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Sinay yarımadası

  • Mart 27, 2026

    Şahmar Ələkbərov

  • Mart 28, 2026

    Sahibə Qafarova

  • Mart 28, 2026

    Uzunqulaq

  • Mart 26, 2026

    Asiya ölkələrinin siyahısı

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst