Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramil Vidadi oğlu Bədəlov 1985-ci il fevral ayının 6-da Bakı şəhərində anadan olub. Ata tərəfi Bakının Fatmayı, ana tərəfi isə Zığ kəndindəndir. Darul-Hikmət (i

Hacı Ramil

  • Ana Səhifə
  • Hacı Ramil

Ramil Bədəlov və ya bilinən adı ilə Hacı Ramil — Azərbaycanlı din xadimi, ilahiyyatçı-alim.

Hacı Ramil
Doğum tarixi 6 fevral 1985(1985-02-06) (41 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti İslam din xadimi

Mündəricat

Həyatı

Ramil Vidadi oğlu Bədəlov 1985-ci il fevral ayının 6-da Bakı şəhərində anadan olub. Ata tərəfi Bakının Fatmayı, ana tərəfi isə Zığ kəndindəndir. Darul-Hikmət (indiki "Hikmət") Elm və Tədris Mərkəzində "İslamşünaslıq" və "İnsanşünslıq" dərsini tədris edir.

Hacı Ramil İslam dininə, onun tarixinə və fəlsəfəsinə aid bir neçə kitabın müəllifidir.

  • "Quranla yaşamaq"
  • "Özün həqiqəti" ("Истинное "Я"" adı ilə rus dilinə də tərcümə olunub)
  • "Duanın sirri"
  • "Ən gözəl hədiyyə"
  • "Bağışlanma ayı"
  • "Eşq risaləsi"
  • "Uğur yolu"

Hacı Ramil uzun müddətdir ki, dini maarifçiliklə məşğuldur. Onun şəxsi YouTube kanalında dini mövzuda hazırladığı verilişlər yayımlanır.

İlahiyyatçı sosial şəbəkələrdə də geniş auditoriyaya malikdir. Onun Facebookun Azərbaycan seqmentində, Instagramda və YouTube-da ümumilikdə 1 milyona yaxın izləyicisi var.

Din xadimi bir müddət Bakının Yeni Günəşli qəsəbəsində yerləşən Fatimeyi-Zəhra məscidinin axundu olub. 2017-ci ilin aprelində tutduğu vəzifədən könüllü imtina edib.

Həmçinin bax

  • Hacı Əhliman
  • Hacı Şahin
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Uilyam Şekspir

  • Mart 26, 2026

    Türkdilli dövlətlər

  • Mart 29, 2026

    Azərbaycan şəhərləri

  • Aprel 07, 2026

    İnkişaf biologiyası

  • Aprel 07, 2026

    Qaçaq Kərəm

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst