| Hacılar | |
|---|---|
| 39°38′54″ şm. e. 46°22′27″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Laçın rayonu |
![]() Hacılar | |
Hacılar — Azərbaycan Respublikasının Laçın rayonunun Hacılar kənd inzibati ərazi dairəsində kənd.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi
Kənd Qarabağ yaylasındadır. XIX əsrdə Qarıqışlaq kəndinin binə yerlərindən biri olan bu ərazidə Hacı qəbri adlanan yer də var. Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, Bərdə rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur.
15 yanvar 1990-ci ildə erməni qüvvələri Hacılar kəndinə hücum edərək mal-qaranı oğurlamışdəlar. Növbəti gün Hacılar kəndində erməni qüvvələri ilə atışma baş vermişdir. Münaqişə nəticəsində Azərbaycan tərəfindən bir nəfər həlak olmuş, daha bir nəfər isə yaralanmışdır.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Laçın rayonu qaralamaları
- Kənd qaralamaları
- Laçın rayonunun kəndləri
