Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış dep

Hadi Rəcəbli

Vikipediya, azad ensiklopediya
Hadi Rəcəbli
Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı
24 noyabr 1995 10 mart 2020
Azərbaycan Kommunist Partiyası Şəki Şəhər Komitəsinin birinci katibi
7 dekabr 1983 26 noyabr 1988
ƏvvəlkiNurəddin Mustafayev
SonrakıAzər Mustafazadə
Lənkəran Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1980 1981
ƏvvəlkiƏliddin Qurbanov
SonrakıMirsəmid Abbasov
Şəxsi məlumatlar
Doğum adı Rəcəbli Hadi Musa oğlu
Doğum tarixi 25 oktyabr 1947(1947-10-25)
Doğum yeri
Vəfat tarixi 17 aprel 2024(2024-04-17) (76 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Yeni Azərbaycan Partiyası,
  • Sovet İttifaqı Kommunist Partiyası (1970–1991)
Təhsili
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Fəaliyyəti alim, siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • siyasi elmlər doktoru[d]

Təltifləri "Şöhrət" ordeni — 2007 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2017 "Şərəf nişanı" ordeni — 1986 "Əmək igidliyinə görə" medalı — 1976

Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor.

Həyatı

Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Hadi Rəcəblinin babaları Lerikin Soru kəndindən Lənkəranın Veravul kəndinə 1730-ci illərdə köçmüşdülər. Sonradan Veravulda bu ərazi Rəcəb kişinin adına görə Rəcəb məhəllə olaraq adlandırılmışdır. "Lənkəran qəzasının kameral təsviri – 1849-cu il" kitabında Hadi Rəcəblinin ulu babaları 1849-cu il kənd qeydiyyatında belə qeyd olunmuşdur: 19.20 Şahverən Rəcəb oğlu 30 yaş; Qardaşları: Nəzər 20 yaş, Şahgəldi 15 yaş.

Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur. On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

17 aprel 2024-cü ildə vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Təltifləri

  • "Əmək igidliyinə görə" medalı (1976),
  • "Əmək rəşadətinə görə" medalı (1977),
  • "Şərəf" nişanı (1986),
  • "Şöhrət" ordeni (2007),
  • İkinci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017) ilə təltif edilmişdir.

Ailəsi

Evlidir, 4 övladı, 10 nəvəsi var. Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva ilə qudadır.

Üst