Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yerli məlumata görə, oykonim "hündür yer" mənasındadır. "Hallavar"ın tayfa adından yaranmış etnotoponim olduğu ehtimal edilir. Tiflisdə Hallavar adlı məhəllə va

Hallavar (Oğuz)

41°01′27″ şm. e. 47°28′58″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Hallavar
41°01′27″ şm. e. 47°28′58″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Hallavar xəritədə
Hallavar
Hallavar

HallavarAzərbaycan Respublikasının Oğuz rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Yerli məlumata görə, oykonim "hündür yer" mənasındadır. "Hallavar"ın tayfa adından yaranmış etnotoponim olduğu ehtimal edilir. Tiflisdə Hallavar adlı məhəllə var. Kəndin adındakı "alaçıq, yeri, otlaq yeri" mənası daşıyan "var" sözü Şotavar (Qax), Qızılavar, Mahmudavar (Masallı), Horavar (Yardımlı), Əmirvar (Daşkəsən) və s. toponimlərdə iştirak edir. Əkinçiliklə əlaqədar yaranmış şifahi xalq ədəbiyyatının bir növü "holavarlar"dır. Əkinçilər "holar" çəkib birlikdə oxuyar, kotan sürərdilər. "Hallavar"ı "holavar"ın dəyişilmiş variantı kimi qəbul etsək, bu toponim "bir yerdə olan, toplu olan el, oba" mənasını verir.

Tarixi

Coğrafiyası və iqlimi

Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Alazan–Əyriçay çökəkliyində, rayon mərkəzindən 8 km cənub–şərqdə, Qumlaq kəndinin qərbində, Xalxalçayın sol sahilindən 1 km aralıda, dəniz səviyyəsindən 485 m. yüksəklikdə yerləşir.

Əhalisi

Əhalinin sayı 92 nəfərdir (1 yanvar 2017-ci il).

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik, bağçılıq və tərəvəzçiliklə təçkil edir.

Həmçinin bax

Üst