| Hamamlı kəndi gürc. სოფელი ამამლო (sopeli amamlo) | |
|---|---|
| ამამლო | |
| 41°16′34″ şm. e. 44°13′24″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Aşağı Kartli |
| Rayon | Başkeçid |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.160 m |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +995 360 |
| Poçt indeksi | 1701 |
![]() | |
Hamamlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinin mərkəzidir.
Coğrafiyası
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 9 km cənubda, Qarabulaq çayının sol sahilində yerləşir.
Tarixi
Kəndin cənubunda 1 km aralıda XII əsrdən qalma, girişi cənubdan olan kilsə və kiçik məzarlıq aşkarlanmışdır.
Əhalisi
Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 47 ailədə 409 nəfər, 1926-cı ildə 127 ailədə 858 nəfər azərbaycanlı yaşayırdı.
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.596 nəfər (769 nəfəri kişilər, 827 nəfəri qadınlar) əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 1.579 nəfər əhali yaşayır.
Tanınmış şəxsiyyətləri
- Aşıq Sona Hamamlı (Sona Qara qızı Əliyeva) (1918-1988) — aşıq
- Kamandar Məcidov — Yunan-Roma güləşi üzrə 1988 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı
- Knyaz Aslan — publisist, şair.
Təhsil
Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılmışdır. Hazırda kənddə bir orta məktəb fəaliyyət göstərir. Və burada 249 şagird təhsil alır.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Borçalı kəndləri
- Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri
