Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən a

Harun peyğəmbər

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Harun
Doğum tarixi ən tezi e.ə. 1700ən geci e.ə. 1396
Doğum yeri
Vəfat tarixi ən tezi e.ə. 1580ən geci e.ə. 1274
Xatirə günü 1 iyul
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Harun (ivr. אַהֲרֹן, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır.

Bu gün Harunun nəsli "Kohen" soyadını daşıyan yəhudilərdir. Genetik araşdırmalar göstərdi ki, Yəmən mənşəli “Koen” soyadlı yəhudilərin Aşkenazi əsilli “Kohen” soyadlı yəhudilərlə ailə əlaqəsi var ki, bu da hər ikisinin fərqli mədəniyyətlərə malik olmasına və bir-birindən uzaq yerlərdə yaşamasına baxmayaraq ortaq əcdadı olduğunu təsdiqləyir.

Min illərdir ki, “Koen” ailələri birinci dərəcəli qohumlarla evlənməyə adət etmişlər və əcnəbilərlə nikahlara qarşı sərt qaydalar tətbiq edirlər. Bu da onların arasındakı genetik yaxınlığı izah edir.

Üst