Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Həvva İsa qızı Məmmədova (15 may 1958, Xanərəb, Bərdə rayonu) — tarixçi və ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Mi

Havva Məmmədova

Vikipediya, azad ensiklopediya
Havva Məmmədova
Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı
2005 – 2010
Seçki dairəsi2005 — 122 saylı Xankəndi
ƏvvəlkiSeçkilər keçirilməyib.
SonrakıFlora Qasımova
Şəxsi məlumatlar
Doğum adı Həvva İsa qızı Məmmədova
Doğum tarixi 15 may 1958(1958-05-15) (68 yaş)
Doğum yeri
Təhsili
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Fəaliyyəti tarixçi, siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tarix elmləri doktoru

Həvva İsa qızı Məmmədova (15 may 1958, Xanərəb, Bərdə rayonu) — tarixçi və ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.

Həyatı

1958-ci il mayın 15-də Bərdə rayonunun Xanərəb kəndində anadan olmuşdur.Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.

1980–1990-cı illərdə Xankəndi şəhərində orta məktəbdə müəllim işləmişdir. 1993-cü ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş laborant, baş müəllim, metodist vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müəllimidir.

2001-ci ildə "Azərbaycan Demokratik Respublikası dövründə Qarabağın Dağlıq hissəsində erməni separatizminə qarşı mübarizə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

2011-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının xarici siyasətində" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır.

6 kitabın və 40 elmi məqalənin müəllifidir.

Ailəsi

Evlidir, 3 övladı var.

İctimai-siyasi fəaliyyəti

Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədridir. Rus dilini bilir.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olmuşdur. Azərbaycan-Danimarka, Azərbaycan-İsveç, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

Kitabları

  • Qarabağ general-qubernatorluğunun erməni təcavüzünə qarşı mübarizəsi tarixindən səhifələr. Bakı: Şirvannəşr, 1999, 76 s.
  • Xocalı: şəhidlər, şahidlər. Bakı: Yeni Nəşrlər Evi, 2003, 200 s.
  • Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920). Bakı: Nağıl Evi, 2006, 149 s.
  • Azərbaycan Respublikasının xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. Bakı: Elm, 2009, 360 s.

Filmoqrafiya

  1. "Dağlıq Qarabağ: həqiqətlər, yalanlar…"
Üst