Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Heydər Kamal oğlu Piriyev (1 sentyabr 1959, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Milli Müdafiə Universitetinin sab

Heydər Piriyev

Vikipediya, azad ensiklopediya
Heydər Piriyev
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru
iyun 2022 11 yanvar 2024
Əvvəlkivəzifə təsis edilib
SonrakıGündüz Əbdülov
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi
noyabr 2013 mart 2022
2002 noyabr 2009
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1959(1959-09-01) (66 yaş)
Doğum yeri
  • Soyuqbulaq, Kalinino rayonu, Ermənistan SSR, SSRİ
Təhsili
  • Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey[d]
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Döyüşlər Birinci Qarabağ müharibəsi
İkinci Qarabağ müharibəsi
Rütbəsi
General-leytenant

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2003 "Füzulinin azad olunmasına görə" medalı — 2021 "Hərbi xidmətlərə görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı

Heydər Kamal oğlu Piriyev (1 sentyabr 1959, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Milli Müdafiə Universitetinin sabiq rektoru, Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni laureatı (2020).

Həyatı

Heydər Kamal oğlu Piriyev 1 sentyabr 1959-cu ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub. 1974–1976-cı illərdə Bakı şəhərində 1 №-li fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil almışdır.

1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olmuşdur.

Ailəsi

Ailəlidir, 1 oğlu var.

Hərbi xidməti

1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb.

1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib.

1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur.

Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general-mayor rütbəsi verilmişdir.

2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət etmişdir.

2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir.

2022-ci ilin iyun ayında o, Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.

11 yanvar 2024-cü ildə Milli Müdafiə Universitetinin rektoru vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

Təltifləri

SSRİ

  • — "Qüsursuz xidmətə görə" medalı (2-ci dərəcə)
  • — "Qüsursuz xidmətə görə" medalı (3-cü dərəcə)
  • — "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı

Azərbaycan Respublikası

  • — "Vətən uğrunda" medalı
  • — "Hərbi xidmətlərə görə" medalı
  • — "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı
  • — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı
  • — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
  • — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
  • — "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı
  • — "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı
  • — "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı
  • — "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
  • — III dərəcəli "Hərbi xidmətlərə görə" medalı
  • — "Azərbaycan Bayrağı" ordeni
  • — "Füzulinin azad olunmasına görə" medalı

Qırğızıstan Respublikası

  • — Böyük Vətən müharibəsinin 60 illiyi ilə əlaqədar yubiley medalı (Qırğızıstan Müdafiə Nazirliyi tərəfindən)
Üst