Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Heyranidil Qadınəfəndi (2 noyabr 1846, Qars, Ərzurum əyaləti – 26 noyabr 1898) — 32. Osmanlı sultanı Əbdüləzizin dördüncü xanımı.

Heyranidil Qadınəfəndi

Vikipediya, azad ensiklopediya
Heyranidil Qadınəfəndi
osman. ‎حیران دل قادین افندی
Şəxsi məlumatlar
Doğum tarixi 2 noyabr 1846(1846-11-02)
Doğum yeri
Vəfat tarixi 26 noyabr 1898(1898-11-26) (52 yaşında)
Dəfn yeri
  • Sultan Mahmud türbəsi
Fəaliyyəti əsilzadə
Həyat yoldaşı
  • Əbdüləziz
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini İslam

Heyranidil Qadınəfəndi (2 noyabr 1846, Qars, Ərzurum əyaləti26 noyabr 1898) — 32. Osmanlı sultanı Əbdüləzizin dördüncü xanımı.

Həyatı

Heyranidil xanım 1846-cı ildə Qarsda dünyaya gəlmişdir. Ailəsinin mənsubiyyəti və saraya necə alınması barədə heç bir məlumat yoxdur. 21 sentyabr 1865-ci ildə Dolmabağça sarayında Sultan Əbdüləzizlə evlənmiş, bu nigahdan Nazimə Sultan adlı bir qızı və gələcəkdə son Osmanlı xəlifəsi olan Əbdülməcid Əfəndi adlı bir oğlu oldu.

Ərinin devrilməsi və ardından müəmmalı ölümündən sonra övladlarıyla birlikdə Fəriyyə sarayında gözaltına alındı. V Muradın qısa səltənətinin ardından azadlığa çıxdı və qızıyla birlikdə yaşamağa başladı. 26 noyabr 1898-ci ildə Ortaköydə vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinə dəfn edildi.

Övladları

Üst