Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hişkədərə — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə kənd inzibati ərazi dairəsində kənd.

Hişkədərə (Masallı)

38°54′37″ şm. e. 48°42′07″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Hişkədərə
38°54′37″ şm. e. 48°42′07″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 3044 (2018) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4419
Xəritəni göstər/gizlə
Hişkədərə xəritədə
Hişkədərə
Hişkədərə

HişkədərəAzərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə kənd inzibati ərazi dairəsində kənd.

Əhalisi

Əhalisi 2744 nəfərdir.

Toponimiyası

Yaşayış məntəqəsinin adındakı hişqə talış dilindəki "quru", "susuz" və Azərbaycan dilində dərə komponentlərindən ibarət olub, mənası Qurudərə kəndidir.

İnfrastrukturu

Kənddə XIV əsrə aid Nəzirə Xanım türbəsi, iyirmi minə yaxın eksponatı olan Tarix–Diyarşünaslıq muzeyi, tunc dövrünə aid Qazaxantəpə, Qosatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları vardır. Hişkədərə və eləcə də Masallı tarixinin güzgüsü 1952-ci ildən kəndimizdə fəaliyyət göstərən Tarix–Diyarsünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Bütün bunlar Tarix–Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.

Şəkilləri

Həmçinin bax

Üst