| Hikmət Muradov | |
|---|---|
| Hikmət Oqtay oğlu Muradov | |
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri |
|
| Vəfat tarixi | |
| Vəfat yeri | Xanabad, Xocalı rayonu, Azərbaycan |
| Vəfat səbəbi | şəhid olmuşdur. |
| Dəfn yeri | Bakı şəhəri Şəhidlər xiyabanı |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Döyüşlər | Birinci Qarabağ müharibəsi |
| Təltifləri | |
Hikmət Muradov (tam adı: Hikmət Oqtay oğlu Muradov ; 23 yanvar 1969, Bakı – 29 oktyabr 1991, Xanabad, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. 1976–1986-cı illərdə 190 saylı orta məktəbdə təhsil almışdır. Həmin il Krasnokustk Mülki Aviasiya Məktəbinə daxil olur. 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra Hikmət Yevlax hava yollarında ikinci pilot kimi fəaliyyətə başlayır.
Döyüşlərdə iştirakı
Hikmət AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. O, döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü. Cəsur pilot əfsanəvi uçuşlarla hamını heyran qoyurdu… 1991-ci il 29 oktyabr Xocalı rayonunun Xanabad kəndi ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi ermənilər tərəfindən güclü raket atəşinə məruz qalır. Hikmət heyətlə həlak olur.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Muradov Hikmət Oqtay oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Vaxtilə oxuduğu 190 saylı məktəbdə onun barelyefi vurulub.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 214.
- 23 yanvarda doğulanlar
- 1969-cu ildə doğulanlar
- Bakıda doğulanlar
- 22 yaşında vəfat edənlər
- 29 oktyabrda vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Əsgəran rayonunda vəfat edənlər
- Xocalı rayonunda vəfat edənlər
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları
- Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)
- Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlər