Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hikmət Mirməmmədli (20 mart 1961, Bakı – 22 may 2007, Bakı) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi və bəstəkarı, kino bəstəkarı.

Hikmət Mirməmmədli

Vikipediya, azad ensiklopediya
Hikmət Mirməmmədli
Ümumi məlumatlar
Doğum tarixi 20 mart 1961(1961-03-20)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 may 2007(2007-05-22) (46 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması
Həyat yoldaşı
  • Nailə Mirməmmədli
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 1982-ci ildən
Janr muğam
Musiqi aləti fortepiano
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi — 2007

Hikmət Mirməmmədli (20 mart 1961, Bakı22 may 2007, Bakı) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi və bəstəkarı, kino bəstəkarı.

Həyatı

Əməkdar incəsənət xadimi Hikmət Mirməmmədli 22 may 2007-ci ildə ürək tutmasından vəfat edib.

Ailəsi

  • Bəstəkar Nailə Mirməmmədlinin həyat yoldaşı olmuşdur.

Mükafatları

2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Yaradıcılığı

Hikmət Mirməmmədli bir-birindən gözəl bəstələri ilə tanınmışdır. Həyat yoldaşı, bəstəkar Nailə Mirməmmədli ilə birgə yazdıqları mahnıları əvvəlcə adlarını bildirmədən dinləyicilərin ixtiyarına verirdilər. Musiqi təhsilinin olmamasını özləri üçün qəbahət sayırdılar. Tofiq Quliyevdən bəstəkarlıq dərsləri aldıqdan sonra, dinləyicilər və müğənnilər yeni musiqi inciləri ilə tanış olmaq imkanı əldə etdilər. Azərbaycanın məşhur müğənnilərinin əksəriyyəti bu gözəl bəstəkar cütlüyün mahnılarını ifa ediblər. Az yaşamağına baxmayaraq, Hikmət Mirməmmədli yaradıcılığı zəngin olan bəstəkarlarımızdandır. "Düşüncələr", "Sənli-sənsiz günlərim", "Sən oldun", "Röyan olum", "Azərbaycan", "Dünya boyda məhəbbətim" onun yaradıcılığında bir damladır.

Filmoqrafiya

  1. Böyük ömrün davamı (film, 2007)
  2. Pərvanələrin rəqsi (serial, 2012)
Üst