Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hilal Münşi (12 aprel 1899, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 22 avqust 1994, Bad-Honnef[d], Şimali Reyn-Vestfaliya, Almaniya Fed

Hilal Münşizadə

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Hilal Münşi
Doğum tarixi 12 aprel 1899(1899-04-12)
Doğum yeri
Vəfat tarixi 22 avqust 1994(1994-08-22) (95 yaşında)
Vəfat yeri
Fəaliyyəti publisist, müəllif, tarixçi
Əsərlərinin dili Azərbaycan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hilal Münşi (12 aprel 1899, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası22 avqust 1994, Bad-Honnef[d], Şimali Reyn-Vestfaliya, Almaniya Federativ Respublikası) — Cümhuriyyət tələbəsi, publisist, mühacir.

Həyatı

İlk illəri

Hilal Hacı Mirzə Məhəmməd bəy oğlu Münşizadə 1899-cu aprelin 12-də Şuşa şəhərində anadan olub. 1907-1918-ci illərdə Şuşa Real Məktəbində orta təhsil alıb.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. Bu dövrdə Hilal bəy Ziraət və Dövlət Əmlakı Nəzarətinin dəftərxanasında çalışıb.

1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib.

Mühacirətdə


Azərbaycan mühacirləri içərisində fəal siyasi iş aparmış, 1924-cü ildə Almaniyada təhsil alan azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan İstiqlal Komitəsi"nə sonralar sədrlik etmişdir. Onun rəhbərliyi ilə bu təşkilat uzun müddət Avropa ictimaiyyətinin və dövlətlərinin diqqətini Azərbaycanın müstəqilliyi məsələsinə cəlb edə bilmişdi. Hilal Münşi "Müsavat" partiyasının Berlin komitəsinə başçılıq etmiş, 1928-ci il mayın 28-də Berlində Azərbaycanın müstəqilliyinin elan olunmasının 10 illiyinin bayram edilməsinin əsas təşkilatçılarından olmuş, bu münasibətlə keçirilən iclas onun "1918-ci il 28 mayın əhəmiyyəti" mövzusunda çıxışı ilə açılmışdır. 1930-cu ildə Berlində almanca "Azərbaycan Cümhuriyyəti" əsəri nəşr olunmuşdur. 1934-cü ildə Berlində Hilal Münşinin redaktorluğu ilə əsası qoyulan "Qurtuluş" jurnalı 1939-cu ilin sentyabrınadək fasiləsiz olaraq çıxmışdır. Mühacirətdə baş verən ixtilaflar dövründə Məhəmməd Əmin Rəsulzadənin mövqeyini müdafiə etmişdir. İkinci dünya müharibəsi başlayanda Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Berlində Milli Azərbaycan Komitəsini yaratmış, müharibədə əsir düşən azərbaycanlıları xilas etmişdir.

1934-cü ildə Berlində Azərbaycan İstiqlal Komitəsinin sədri seçilib.

Berlində qalıb.

Ailəsi

Üst