Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hörmüzgan ostanı (fars. استان هرمزگان‎) — İranın cənubunda ostan. Mərkəzi Bəndər-Abbas şəhəridir. Ostanın ərazisi 71.193 km² - dir. 2006-cı ildə aparılmış rəsmi

Hörmüzgan ostanı

27°11′18″ şm. e. 56°16′36″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Hörmüzgan ostanı
استان هرمزگان
27°11′18″ şm. e. 56°16′36″ ş. u.HGYO
Ölkə
  •  İran
Tarixi və coğrafiyası
Sahəsi
  • 70.697 km²
Əhalisi
Əhalisi
  • 1.776.415 nəf. (2006, 2011, 2016)
Xəritəni göstər/gizlə
Hörmüzgan ostanı xəritədə
Hörmüzgan ostanı
Hörmüzgan ostanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Hörmüzgan ostanı

Hörmüzgan ostanı (fars. استان هرمزگان) — İranın cənubunda ostan. Mərkəzi Bəndər-Abbas şəhəridir. Ostanın ərazisi 71.193 km² - dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.403.674 nəfər əhali yaşayır. Əhalisini əsasən farslar, ərəblər (10%), bəluclar, azərbaycanlılar, lurlar və s. millətlər təşkil edir.

2010-cu ildə Hörmüzgan ostanında əhalinin
ana dilinə əsasən etnik tərkibi
etnik qrup nisbəti
Farslar
 
85.10%
Bəluclar
 
5.90%
Ərəblər
 
5.00%
Mazandaranlılar
 
1.50%
Lurlar
 
0.90%
Kürdlər
 
0.60%
Azərbaycanlılar
 
0.50%
Təsniflənməmiş
 
0.50%

Mövqeyi

Hörmüzgan ölkənin cənubunda, Fars körfəziHind okeanının sahilində və Ərəbistan yarımadası ilə üzbəüz yerləşir. Sahil xəttinin uzunluğu 1000 km-ə (620 mil) çatır. İranla Omanı bir-birindən ayıran Hörmüz boğazı da bu vilayətin qarşısındadır.

Vilayət şimaldan FarsKirman əyalətləri, şərqdən Sistan və Bəlucistan, cənubdan Fars körfəzi və Hind okeanı, qərbdən Buşəhr vilayəti ilə əhatə olunmuşdur. Ümumi sahəsi 70697 km², əhalisi 1403674 nəfər, inzibati mərkəzi Bəndər Abbas şəhəridir.

Tarixi

Hörmüzgan yerləşdiyi strateji mövqeyi ilə FarsSasanilər dövründə həmişə əhəmiyyətli bir region olmuşdur. İslam hakimiyyətindən sonra regionun əhəmiyyəti daha da artmış və region yaxşı ticarət imkanlarına malik olduğu üçün zənginləşmişdir. Marko Polo 1272 və 1293-cü illərdə Bəndər Abbası ziyarət etmiş və şəhər bazarlarında ləl-cəvahiratların, Hind-Çindən gətirilən ipək və fil sümüyü məmulatlarının bolluğunu və gözəlliyini qeyd etmişdir.

Birinci Dünya müharibəsi illərində bu regionda neftin kəşfi ilə regionun əhəmiyyəti daha da artmışdır.

Coğrafiyası və iqlimi

Hörmüzgan cənubda Zaqros dağlarının bitdiyi, dərə-təpəli ərazidə yerləşir. Bu dağlıq hissə vilayətin qərbini (Bəndər Abbasın qərb hissəsi) təşkil edən regiondadır. Əyalətin şərqi isə nisbətən daha düz bir struktura malikdir.

Əyalətin iqlimi isti və rütubətlidir. 49 dərəcədən yuxarı temperatur müşahidə edilir. İllik yağıntı miqdarı azdır və quraq torpaq formasına malikdir.

Həmçinin bax

Üst