| Hüseyn Haqverdiyev | |
|---|---|
| Doğum tarixi | 3 mart 1956 (70 yaş) |
| Doğum yeri |
|
| Atası | Həsən Haqverdiyev |
| Fəaliyyəti | heykəltaraş |
| Təhsili |
|
| Mükafatları | |
Hüseyn Həsən oğlu Haqverdiyev (3 mart 1956, Ucar) — Azərbaycan rəssamı, fotoqraf və heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2021).
Həyatı
Rəssam Həsən Haqverdiyevin və Vera Kalininanın oğlu olaraq 1956-cı ildə Ucarda anadan olmuşdur. 1958-ci ildə ailəsi Bakıya köçmüşdür. 1971-ci ildə Əzim Əzimzadə adına İncəsənət kollecinə daxil olmuş, 1975-ci ildə oradan məzun olmuşdur. Həmin il Vera Muxina adına Leninqrad ali incəsənət akademiyasına daxil olmuş, heykəltaraşlıq fakültəsini 1980-ci ildə bitirmişdir. Azərbaycan Həvari Prefektinin baş kafedral kilsəsi olan Müqəddəs Bakirə Məryəm kilsəsindəki "Bakirə Məryəm" heykəlinin müəllifidir. Səngəçal terminalının girişindəki "Xəzər dənizi əfsanəsi" əsərinin müəllifidir. İlk simpoziumu 1980-ci ildə nümayiş olunmuşdur. Hindistan, ABŞ, Almaniya, Gürcüstan, BƏƏ kimi ölkələrdə sərgi və simpoziumları baş tutmuşdur. 2014-cü ildə Özbəkistanda solo sərgisi baş tutmuşdur. Bakıda yaşayır.
Ailəsi
Əli Haqverdiyev, Ucal Haqverdiyev, Səidə Haqverdiyeva, Aidə Haqverdiyeva və Zemfira Qafarovanın qardaşıdır.
Təltif və mükafatları
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 16 oktyabr 2021
- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 30 may 2002
Filmoqrafiya
- "Fransız" (film, 1995) — quruluşçu rəssam kimi.
- 3 martda doğulanlar
- 1956-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Ucarda doğulanlar
- Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunları
- Ştiqlits adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının məzunları
- Azərbaycan Respublikasının xalq rəssamları
- Azərbaycan Respublikasının əməkdar rəssamları
- Əlifba sırasına görə rəssamlar
- Azərbaycan rəssamları
- Azərbaycan heykəltaraşları
- XX əsr Azərbaycan rəssamları
- SSRİ heykəltaraşları
- XXI əsr Azərbaycan rəssamları