| Hüseynbala Ağaverdiyev | |
|---|---|
| |
| 11 yanvar 1935 – iyun 1937 | |
| Sonrakı | Zəkəriyyə Balaxlinski |
| 11 yanvar 1935 – 16 may 1936 | |
| Sədr | Hüseyn Rəhmanov |
| 1929 – 1934 | |
| 1927 – 1929 | |
| 21 yanvar 1926 – 1927 | |
(Əliheydər Qarayev və Levon Mirzoyanla birlikdə) | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | may 1888 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 3 oktyabr 1937 (49 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | inqilabçı, dövlət xadimi |
Hüseynbala Ağaverdi oğlu Ağaverdiyev (may 1888, Kürdəxanı, Bakı – 3 oktyabr 1937, Bakı) — Azərbaycan inqilabçısı, dövlət xadimi, repressiya qurbanı.
Həyatı
1888-ci ildə Bakının Kürdəxanı qəsəbəsində doğulmuşdur. 1901-ci ildə atasının ölümündən sonra Balaxanıda alman milyoner Riderlin mədənlərində işləməyə başlayıb. 1917-ci ilin əvvəllərindən fəhlə hərəkatına qoşulmuş, Binəqədidə fəhlələr arasında inqilabi iş aparmışdır. Həmin ilin may ayında isə bolşevik hərəkatına qoşulmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Binəqədi RİK tərkibinə daxil olmuşdur. 1922–26-cı illərdə respublika Mədən Fəhlələri Həmkarlar İttifaqı Mərkəzi İdarə Heyətinin sədrinin müavini olmuşdur. 1926-cı ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinin icrası Əliheydər Qarayev, Hüseynbala Ağaverdiyev və Levon Mirzoyandan ibarət katibliyə həvalə edilmişdi. 1927–29-cu illərdə Azərbaycan SSR XTŞ-sədri, 1929–34-cü illərdə Azneft Birliyi rəisinin müavini işləmişdir. 1933-cü ildə ABŞ-yə işgüzar səfər etmişdir. 1935-ci illərdən Azərbaycan SSR XKS sədrinin müavini, həmçinin xalq yerli sənaye komissarı vəzifəsində çalışmışdır. 1934-cü ildə Zaqafqaziya partiya təşkilatlarının VII qurultayında ÜİK(b) Zaqafqaziya Ölkə Komitəsinə, 1935-ci ildə isə Zaqafqaziya mərkəzi icraiyyə komitəsinə üzv seçilib.
Həbsi və ölümü
17 iyul 1937-ci ildə "Trotski-Zinovyevçi əks-inqilabi təşkilatın fəaliyyətində iştirak" etməyə görə həbs edilmiş, 766-cı əmrlə I kateqoriya ilə güllələnməyə məhkum olunmuşdur. 3 oktyabr 1937-ci ildə edam olunmuş, 24 dekabr 1956-cı ildə bəraət verilmişdir.
Ailəsi
Ağaverdiyeva Xədicəxanım Xudaverdi qızı (d. 1902 — ö. 13 fevral 1944) ilə evlənmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 24 oktyabr 1937-ci il tarixdə saxlanılmış və 9 dekabr 1937-ci il tarixdə XDİK-in qərarına əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Xədicəxanım Ağaverdiyeva 19 oktyabr 1956-cı il tarixdə Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının qərarına əsasən bəraət almışdır. Övladları:
- Sara Ağaverdiyeva (d.1922)
- Törə Ağaverdiyeva (d.1925)
- Lətifə Ağaverdiyeva (d.1929)
- Şükufə Ağaverdiyeva (d.1934)
- 1888-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 3 oktyabrda vəfat edənlər
- 1937-ci ildə vəfat edənlər
- 49 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Repressiya qurbanları
- Azərbaycan SSR xalq yerli sənaye komissarları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri
