Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Həjar Şamil oğlu Əsgərov və ya Həjar Şamiloğlu (kürd. Hejarê Şamil; 16 iyul 1966, Kəlbəcər) — azərbaycanəsilli Rusiya və Qırğızıstan yazıçısı, şairi və jurnalis

Həjar Şamiloğlu

Vikipediya, azad ensiklopediya
Həjar Şamiloğlu
Doğum tarixi 16 iyul 1966(1966-07-16) (60 yaş)
Doğum yeri
  • Kəlbəcər, Azərbaycan SSR, SSRİ
Atası Şamil Əsgərov
Fəaliyyəti yazıçı, şair, jurnalist

Həjar Şamil oğlu Əsgərov və ya Həjar Şamiloğlu (kürd. Hejarê Şamil; 16 iyul 1966, Kəlbəcər) — azərbaycanəsilli Rusiya və Qırğızıstan yazıçısı, şairi və jurnalisti.

Həyatı

Həjar Şamil oğlu Əsgərov 16 iyul 1966-cı ildə Azərbaycanın Kəlbəcər şəhərində, Şamil Əsgərov və Nazilə Əsgərovanın ailəsində anadan olmuşdur. O, 1984–1990-cı illərdə Bakıda filologiya ixtisası üzrə təhsil almışdır. Şamiloğlu 1989–1991-ci illərdə təhsilini başa vurduqdan sonra Bakıda "Yazıcı" nəşriyyatında işləmişdir. Bundan sonra o, 1991–1993-cü illərdə Azərbaycan Mlli Məclisinə bağlı "Azərbaycan" qəzetində müxbir olaraq çalışmışdır. Şamiloğlu həmçinin, 1992–1994-cü illərdə "Kurdish Voice" jurnalının Bakıdakı bölməsinin redaktoru, 1994–1997-ci illərdə Moskvada "Kurdistan Report" jurnalının redaktoru, 2000-ci ildən sonra isə İraq Kürdüstanında "Maxmûr" jurnalının redaktoru kimi işləmişdir. O, 2008-ci ildə "Ak News"un müxbiri olmuş, 2004–2010-cu illərdə Qazaxıstanda "Nubar" jurnalının redaksiyasında işləmişdir. Şamiloğlu 2005–2010-cu illərdə Qırğızıstanda radio redaktoru işləmişdir. O, rus, Azərbaycantürk dillərində çoxlu kitablar yazmışdır.

Azərbaycanda bir neçə şəxs Həjar Şamiloğlunu PKK-ya üzv olmaqda ittiham etmişdir. Buna baxmayaraq, o, heç vaxt hansısa bir kürd partiyasının üzvü olmadığını qeyd etmişdir. Onun "Qızıl Kürdüstan"ın bərpa edilməsini dəstəklədiyi də iddia olunmuşdur. O, bütün kürd təşkilatları ilə davalı olduğunu demişdir. Şamiloğlu hal-hazırda Bişkekdə yaşayır. O, Rusiya vətəndaşıdır.

Əsərləri

Kitabları

  • Şerê eqilan (İraq, 2000).
  • Di pêşiya de sê xal (İraq, 2001).
  • Rêya ewlekariyê (İraq, 2000, bi hevbeşî hatiye nivisandin).
  • Diaspora Kurda (İstanbul, Pêrî, 2005).
  • Gulnar û Ocalan (İstanbul, Pêrî, 2005).
  • Knyazê Îbrahim (İstanbul, Pêrî, 2007).
  • Jiyan di rêya welatparêziyê de (Qırğızıstan, 2007).
  • Diaspora Kurdên YKS (Qırğızıstan, 2007).
  • Tenê me (Qırğızıstan, 2007).

Tərcümələri

  • Kurdên Azerbaycanê (Stembol, Pêrî, 2007).
  • Kurdistana Sor.
  • Şerefname, wek çavkaniya dîroka kurdan.
Üst