Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Səid əl-Həsən ibn Yəsar əl-Bəsri (ərəb. حسن البصري‎; 642[…], Mədinə – 728, Bəsrə) və ya — Tabiin nəslinə mənsub alim, ilahiyyatçı və sufi.

Həsən əl-Bəsri

  • Ana Səhifə
  • Həsən əl-Bəsri

Əbu Səid əl-Həsən ibn Yəsar əl-Bəsri (ərəb. حسن البصري‎; 642[…], Mədinə – 728, Bəsrə) və ya — Tabiin nəslinə mənsub alim, ilahiyyatçı və sufi.

Həsən əl-Bəsri
ərəb. حسن البصري‎
Doğum tarixi 642(0642)[…]
Doğum yeri
  • Mədinə, Raşidi xilafəti
Vəfat tarixi 728(0728) (85–86 yaşında)
Vəfat yeri
  • Bəsrə, Bəsrə mühafəzəsi, İraq
Elm sahələri hədis elmi, qiraət
Tanınmış yetirmələri Qətadə, Vasil ibn Əta, Əyyub əs-Sixtiyani

Mündəricat

Bioqrafiyası

Həsən əl-Bəsri 642-ci ildə Mədinə şəhərində anadan olub, 657-ci ildən Bəsrədə yaşayıb və orada da vəfat edib. O, 663–665-ci illərdə indiki Əfqanıstan ərazisində hərbi yürüşdə iştirak etmişdir. Ənəs ibn Malik və Abdullah ibn Məsuddan elm öyrənmişdir. Onun ətrafında qruplaşan dini dərnək bütün Əməvi dövlətinin və Bəsrənin intellektual həyatının mərkəzi idi. Əl-Həsən əl-Bəsrinin nüfuzu isə o qədər böyük idi ki, onu rasionalistlər, ənənəçilər və hətta sufilər də öz müəllimi kimi qəbul edirdilər.

Həsən əl-Bəsrinin qorunub saxlanmış fikirləri, onun təkcə möminliyindən deyil, həm də bəzi hədislərin şərhinə rasional yanaşmasından və müsəlman adətinin ayrı-ayrı xüsusiyyətlərindən və həmçinin də fəqihlərə tənqidi yanaşmasından xəbər verir.

Tələbələri

Həsən əl-Bəsrinin tələbələrindən bəziləri bunlardır:

  • Əyyub əs-Sixtiyani,
  • Qatədə ibn Diamə,
  • Əmr ibn Ubeyd,
  • Malik ibn Dinar,
  • Əbdülvahid ibn Zeyd,
  • Yunus ibn Ubeyd,
  • Vasil ibn Ata,
  • Həbib əl-Əcəmi.

Əsərləri

1. Risalə ilə Əbdilməlik ibn Mərvan fil-qadər. Ən məşhur risaləsidir.

2. Risalə fi fəzli Məkkə. Şəhərlərin fəziləti haqqında yazılmış ilk əsərdir.

3. ət-Təfsir. Bu əsər sonradan "Təfsirül-Həsən əl-Bəsri" adıyla nəşr olunmuşdur.

4. əl-Fəraiz (Ərbəə və xəmsun fəraiz). Müxtəlif adlarla kitabxanalarda nüsxəəri mövcuddur. "Əlli Dörd Fərz Risaləsi" adı ilə tanınır.

5. Şürutül-imamə. Bu risalənin Süleymaniyyə Kitapxanasında bir nüsxəsi saxlanılır.

6. əl-İstiğfaratül-münqizə minən-nər. Süleymaniyyə Kitapxanasında nüsxələri mövcuddur. "İstiğfarat mənsubə lil-İmam əl-Həsən əl-Bəsri" adı ilə nəşr olunmuşdur (Məkkə 1982).

7. əz-Zühd. Həsən əl-Bəsrinin ibadət, ixlas, təvəkkül, doğruluq, təvazökarlıq, qənaət kimi mövzularda söylənmiş sözlərinin toplandığı əsərdir. Bu əsərə Həsən əl-Bəsri haqqında məlumatlar da (müqəddimə şəklində) əlavə edilərək nəşr edilmişdir. (Qahirə 1991).

Həmçinin Həsən əl-Bəsrinin dövrünün alim və rəhbərlərinə ünvanladığı məktublarının cəmləndiyi "Cəmhəratu rəsailil-Ərəb" adlı əsər də nəşr edilmişdir. Həsən əl-Bəsriyə məxsus olduğu güman edilən digər risalələri bunlardır:

  • əl-Qiraə,
  • Nüzulül-Quran,
  • Kitabül-Ədəd fil-Quran,
  • Risalə fit-təkalif və Kitabül-İxlas.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 02, 2026

    Erməni dili

  • Mart 26, 2026

    Azərbaycan xanlıqları

  • Mart 29, 2026

    Azərbaycanın dövlət bayramları və xüsusi günləri

  • Mart 26, 2026

    Kamran Əliyev (hüquqşünas)

  • Mart 26, 2026

    İsmayıllı rayonu

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst