Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

III Qordian (lat. Marcus Antonius Gordianus; 20 yanvar 225, Roma – 11 fevral 244) — Roma imperatoru. O və ondan əvvəlki Qordianların dövrü "Üçüncü əsr böhranı"n

III Qordian

  • Ana Səhifə
  • III Qordian

III Qordian (lat. Marcus Antonius Gordianus; 20 yanvar 225, Roma – 11 fevral 244) — Roma imperatoru. O və ondan əvvəlki Qordianların dövrü "Üçüncü əsr böhranı"nın izlərini daşısa da, əslində I Maksiminin anormal hakimiyyətindən sonra Sever sülaləsinin idarəçiliyinə qayıdış kimi qiymətləndirilir.

III Qordian
lat. Marcus Antonius Gordianus
Roma imperatoru
22 aprel 238 – 11 fevral 244
ƏvvəlkiPupien
Balbin
SonrakıƏrəb Filip
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 225(0225-01-20)
Doğum yeri
  • Roma, Roma imperiyası
Vəfat tarixi 11 fevral 244(0244-02-11) (19 yaşında)
Fəaliyyəti siyasətçi
Atası II Qordian
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

238-ci ildə birgə imperatorlar I Qordian ilə II Qordian öldükdən sonra Roma taxtına iki qoca senator birgə yiyələndilər. Bunlar Balbin ilə Pupien idi. Lakin romalılar və pretorianlar onlara etimad etmir, 13 yaşlı Qordianın (I Qordianın qız nəvəsi, II Qordianın qardaşı oğlu) sezar və taxtın varisi elan edilməsini tələb edirdilər.

I Maksimin öz ordusu tərəfindən qətlə yetirilməsindən sonra qiyam qaldıran pretorianlar Balbin ilə Pupieni qətlə yetirərək 238-ci ilin may ayında gənc Qordianı imperator elan etdilər.

III Qordian gənc olduğundan idarəçiliyi əvvəl anası, sonra isə qaynatası, pretorian prefekti olan Timesifey həyata keçirdi. 242-ci ildə III Qordian Timesifeylə birlikdə Sasanilərə qarşı hərbi yürüşə çıxdı. Bir sıra uğurlardan sonra Timesifey 243-cü ildə xəstəlikdən öldü. Onun yerinə Ərəb Filip gətirildi. 244-cü ilin yazında III Qordian qiyam qaldırmış legionerlər tərəfindən öldürüldü (və ya döyüşdə aldığı yaralardan öldü). Qalıqları Romaya aparıldı və o, Senat tərəfindən tanrı elan edildi. Onun yerinə isə Ərəb Filip keçdi.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 09, 2026

    Sergey Murtuzəliyev

  • Aprel 05, 2026

    Hud surəsi

  • Aprel 02, 2026

    Mömünat Qurbanova

  • Mart 27, 2026

    Salatın Əsgərova

  • Aprel 21, 2026

    Zərbi muğamlar

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst