Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbetten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[…],

III Çarlz

  • Ana Səhifə
  • III Çarlz

III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbetten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis.

III Çarlz
ing. Charles III, King of the United Kingdom
III Çarlz 2023-cü ildə
III Çarlz 2023-cü ildə
Kanada kralı
Vəzifədədir
8 sentyabr 2022-ci ildən
ƏvvəlkiII Elizabet
Böyük Britaniya kralı
Vəzifədədir
8 sentyabr 2022-ci ildən
ƏvvəlkiII Elizabet
Şəxsi məlumatlar
Doğum adı Prince Charles Philip Arthur George Windsor of Edinburgh
Doğum tarixi 14 noyabr 1948(1948-11-14)[…] (77 yaş)
Doğum yeri
  • Vestminster borosu, Böyük London, İngiltərə, Birləşmiş Krallıq
Təhsili
  • Aberistuin Universiteti (–1969),
  • Triniti Kolleci (1967–1970)
Atası Filip Mauntbetten[…]
Anası II Elizabet[…]
Həyat yoldaşı
  • Kraliça Kamilla (Böyük Britaniya kraliçası) (2005)[…]
Uşaqları
  • Uels şahzadəsi Vilyam[…],
  • Şahzadə Harri[…]
Hərbi xidmət
Qoşun növü Britaniya Ordusu, Krallıq donanması
Rütbəsi
  • feldmarşal[d]

Təltifləri Order of the Crown (Netherlands) "Corab bağı" ordeni Order of the Thistle "Qüdrətli hamam" ordeni King's Service Order "III Karlos" ordeninin böyük xaçı "Palıd tacı" ordeninin böyük xaçı Queen Elizabeth II Silver Jubilee Medal Queen Elizabeth II Golden Jubilee Medal Queen Elizabeth II Diamond Jubilee Medal Queen Elizabeth II Coronation Medal "Boyaka" ordeni "IX Piy" ordeni Order of the Star of Ghana "Fəxri legion" ordeninin böyük xaçı Commander of the Order of Agricultural Merit Knight Grand Cross of the Order of the Bath Grand Cross of the Order of the Southern Cross "Kanada" ordeninin üzvü "Hərbi xidmətə görə" ordeni "Payızgülü" ordeni boyünbağılı "Payızgülü" ordeni "Payızgülü" ordeninin böyük lenti Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük xaçı "Müqəddəs Olaf" ordeni Knight Grand Cross with Collar of the Order of Saint Olav‎ "Rumıniya ulduzu" ordeninin böyük xaçı "Macarıstan qarşısında xidmətlərə görə" Böyük xaçı Grand Cross of the Order of the White Rose of Finland "Serafimlər" ordeni Order of Aviz "Oran-Nassau" ordeninin böyük xaçı Respublika ordeni (Misir) "Dostluq" ordeni "Avstraliya" ordeni cəngavəri "Böyük Mübarək" ordeni Order of Merit (Qatar) "Kral Əbdüləziz" ordeni "Fil" ordeninin cəngavər dərəcəsi "Xidmət" ordeni Order of Ojaswi Rajanya Saskatchewan Order of Merit Order of Logohu Order of the Lion "Astek qartalı" ordeni
Monoqram Monoqramın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığında tacqoyma mərasimi oldu.

Həyatı

Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur. Hökmdarın qızının övladı olduğuna görə Karla Britaniya şahzadəsi və Zati-aliləri titulları verilməmişdi. Əvəzində o, Meriones Qrafı titulunu (atasının ikinci titulu idi) götürəcəkdi, lakin 22 oktyabr 1948-ci ildə VI Corc Şahzadə Elizabet və Edinburq hersoqunun hər hansı övladına kral ailəsinin üzvü və şahzadə statusu hüququnun verilməsi haqqında sənəd hazırlatdı, bu isə Karlı doğuşdan kral ailəsinin şahzadəsi etdi.

Karlın üç yaşı olanda anasının Kraliça olması ilə o da II Elizabetin varisi oldu. Hökmdarın ən böyük oğlu olduğuna görə o, avtomatik olaraq Birləşmiş Krallığın vəliəhd şahzadəsi olmaqla yanaşı, həm də Kornuol Hersoqu, Rotsey Hersoqu, Kerrik Qrafı, Renfru Baronu, Adalar lordu və Şotlandiya Şahzadəsi oldu. Onun 1981-ci ildə Leydi Diana Spenserlə evliliyindən Şahzadə Uilyam və Şahzadə Harri adlı iki oğlu var idi. 1996-cı ildə cütlük hər ikisi nikahdankənar münasibətləri açıq şəkildə bildirdikdən sonra ayrıldı.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 16, 2026

    Əlqas Mirzə

  • Aprel 03, 2026

    İyun böhranı

  • Aprel 16, 2026

    Vyetnam bayrağı

  • Aprel 06, 2026

    Hicr surəsi

  • Aprel 14, 2026

    Qaval daşı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst