Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

II Ariobarzan — b.e.ə. 20-eramızın 2-ci illərində Atropatenanın Atropatilər sülaləsindən olan hökmdarı.

II Ariobarzan

Vikipediya, azad ensiklopediya
II Ariobarzan
Ariobarzan
Atropatena hökmdarı
b.e.ə. 20 2
ƏvvəlkiI Artavazd
SonrakıII Artavazd
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. 40-cı illər və ya bilinmir
Vəfat tarixi 2-ci il
Fəaliyyəti hökmdar[d]
Atası I Artavazd
Uşağı
  • II Artavazd
Ailəsi Atropatena

II Ariobarzan b.e.ə. 20-eramızın 2-ci illərində Atropatenanın Atropatilər sülaləsindən olan hökmdarı.

Həyatı

Digər Atropatena hökmdarı I Ariobarzanın oğludur. Şəxsi həyatı haqqında məlumatlar çox azdır. Ariobarzan on ildən artıq Romada yaşamış, Roma tərbiyəsi almışdır. O, Romaya səmimi dostluq münasibətləri bəsləyirdi. Tasit II Ariobarzanı belə təqdim edirdiː

" fiziki gözəlliyi və gözəl mənəvi keyfiyyətləri ilə fərqlənən midiyalı. "

Hakimiyyəti illəri

Hakimiyyətinin ilk illərində Atropatena xeyli zəifləyərək mövqeyini itirir. Hətta atası I Artavazdın dövründə idarəçiliyi Atropatenaya tapşırılmış Armeniya (həmin dövrdə Fərat çayının yuxarı axarında yerləşən ərazi) taxt-tacı da itirilmişdi. Lakin daha sonra II Ariobarzanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Roma imperiyasının imperatoru Oktavian Avqust Armeniya taxtını yenidən Atropatenaya hədiyyə edərək oranın idarəsini də Atropatena hökmdarına tapşırdı. O bizim eranın 2-ci ilində vəfat etdi.

Həmçinin bax

  • Atropat
  • Artabazan
Üst