Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

II Novuxodnosor və ya II Nəbükadnessar (Akkadca: 𒀭𒀝𒆪𒁺𒌨𒊑𒋀 - Nabû-kudurri-uṣur İvrit dili: נְבוּכַדְרֶאצַּר - Nəḇūḵaḏreʾṣṣar və ya נְבוּכַדְנֶאצַּר - Nəḇūḵaḏneʾṣṣ

II Navuxodonosor

Vikipediya, azad ensiklopediya
II Novuxodnosor və ya II Nəbükadnessar
akkad. 𒀭𒀝𒆪𒁺𒌨𒊑𒋀
arami. ܢܵܒܘܼ ܟܘܼܕܘܼܪܝܼ ܐܘܼܨܘܼܪ
q.yəh. נְבוּכַדְנֶצַּר‬
q.yun. Ναβουκοδρόσορος
Doğum tarixi təq. e.ə. 642(-642)
Doğum yeri
  • Əl-Müsənna, İraq
Vəfat tarixi təq. e.ə. 561(-561) (80–81 yaşında) və ya e.ə. 562(-562) (79–80 yaşında)
Vəfat yeri
  • Babil
Həyat yoldaşı
  • Amitis
Fəaliyyəti monarx, lider, kral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Novuxodnosor və ya II Nəbükadnessar (Akkadca: 𒀭𒀝𒆪𒁺𒌨𒊑𒋀 - Nabû-kudurri-uṣur İvrit dili: נְבוּכַדְרֶאצַּר - Nəḇūḵaḏreʾṣṣar və ya נְבוּכַדְנֶאצַּר - Nəḇūḵaḏneʾṣṣar; Müqəddəs Arami dili: נְבוּכַדְנֶצַּר - Nabḇūḵaḏneṣṣar) - e.ə. 605-562-ci illərdə hakimiyyətde olmuş Babil hökmdarı.

Həyatı

II Novuxodnosor, Yeni Babil İmperiasının qurucusu və Keldani sülaləsinin ilk hökmdarı Nabopolassarın oğludur. Atasının dövründə, Assuriyalılara qarşı müharibələri davam etdirən orduda xidmət etmişdir. Aşşurlarla müttəfiq olan Misir fironu II Nexoyu Karxemiş döyüşündə məğlub edən Novuxodnosor, irəliləyişə davam etmiş və Assuriya və Fələstin torpaqlarını almışdır. Atasının ölümündən sonra Babilə qayıdır və padşah olur. Hakimiyyətinin ilk illərində müxtəlif ekspedisiyalar təşkil edərək hökmranlığını artırmışdır və e.ə. 601-ci ildə Misir üzərinə hərəkətə keçmişdir. Eramızdan əvvəl 597-ci ildə Babil dövlətinin hakimiyyəti altında olan Yəhuda dövlətinin üsyanı ilə Qüdsü ələ keçirdib. Eramızdan əvvəl 586-cı ildə Qüds xalqının yenidən üsyanından sonra Qüdsü geri alan Novuxodnosor, şəhər və Süleyman məbədini dağıtdırıb. Yəhuda dövlətini məhv etdikdən sonra Novuxodnosor, Sur şəhər-dövlətini, e.ə. 574-cü ildə özünə tabe etdi. Eramızdan əvvəl 567-ci ildə Misirə yeni bir ekspedisiya təşkil edən Novuxodnosor, e.ə. 562-ci ildə imperiyanı oğlu Amel-Marduka vəsiyyət edərək vəfat edir. Navuxodonosor Yeni Babil İmperiyasının sərhədlərini Assuriyadan Misirə qədər genişləndirmiş, Qüdsü ələ keçirib (e.ə. 587) və yəhudiləri regiondan qovdurmuşdur.

Haqqında

Incildə (Tanax)

Eramızdan əvvəl 586-cı ildə Babil padşahı Navuxodonosor Yerusəlimdə Süleymanın tikdirdiyi məbədi (Birinci Məbəd) dağıtdı.

Babil ordusu eramızdan əvvəl 588-ci ilin yanvar ayında (Yerusəlimin süqutundan təxminən iki il əvvəl) Yerusəlimi mühasirəyə aldı. Mühasirə ilə bağlı bir çox təfərrüatlar Yeremya və Yezekel peyğəmbərlərin kitablarında yazılmışdır. Padşahlar Kitabına görə, Məbədin dağıdılması Navuxodonosor hökumətində yüksək vəzifəli bir keşiş olan Nebuzaradan tərəfindən həyata keçirilmişdir.

Ədəbiyyatda

Musiqidə

İncəsənətdə

Tikdirdikləri

Məbədlər, yollar, suvarma kanallarından başqa arvadı, daha çox Semiramida kimi tanınan Midiya şahzadəsi Amitisin şərəfinə adlandırılmış, qədim dünyanın yeddi möcüzəsindən biri olan Semiramidanın Asma Bağlarını da tikdirdiyi deyilir. İştar Darvazası da onun dövründə inşa edilmişdir.

Qalereya

Ədəbiyyat

Üst