Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Ərdəşir Babəkan (fars. اردشیر‎, lat. Artaxerxes — Sasanilər sülaləsinin ilk nümayəndəsi, şahənşah.

I Ərdəşir

  • Ana Səhifə
  • I Ərdəşir

I Ərdəşir Babəkan (fars. اردشیر‎, lat. Artaxerxes — Sasanilər sülaləsinin ilk nümayəndəsi, şahənşah.

I Ərdəşir
Sasanilərin I şahı
28 aprel, 224 – 241
SonrakıI Şapur
Şəxsi məlumatlar
Doğum tarixi 180
Doğum yeri Tiruda, İstəhr, İran
Vəfat tarixi 262 (81–82 yaşında)
Fəaliyyəti siyasətçi
Atası Babək Sasani
Anası Mirod
Uşaqları
  • I Şapur
Ailəsi Sasani sülaləsi[d]
Dini Zərdüştilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlk illəri

Ərdəşirin tacqoyması, Nəqşi Rüstəm

Təbərinin məlumatına görə Ərdəşir 180-ci ildə İstəhrin Tiruda kəndində anadan olmuşdur. Gənc yaşlarında atası Fars knyazı Gozihrdən icazə alaraq onu Darab qalasına göndərmiş, qalanın arqbadı Tiridən sonra Ərdəşir qalanın hakimliyinə gəlmişdir. Get-gedə Ərdəşirin gücü artmış, atası Babək və qardaşı Şapurla birlikdə Gozihri devirmişdilər. Şapurun qəfil ölümündən sonra 222-ci ildə bütün Fars regionuna, Xuzistan və Kirmana hakimlik etməyə başlamışdı.

Hakimiyyəti

28 aprel, 224-cü ildə Parfiya hökmdarı V Artabanın ordularını Bəndər Abbas yaxınlığında məğlub edən Ərdəşir özünü şahənşah elan etmişdi. 226-cı ildə Ktesifonda rəsmən tacqoyma mərasimi keçirilmişdi. Ərdəşir Sistan, Qorqan, Mərv, Xarəzm, Bəlx, Bəhreyn və Mosulu ələ keçirmiş, Kuşanı və Məkranı asılı hala salmışdı.

Daxili siyasət

Ərdəşir ölkəni mərkəzləşdirdi və mərzbanlıqlara böldü. Zərdüştilik dövlət dini oldu. Xristianlara tolerant yanaşılmağa başlandı.

Xarici siyasət

Ərdəşir hakimiyyətə gələndən sonra əsasən Roma ilə problemlər yaşamağa başladı. Ermənistan Arşakilərinin Sasanilərə qarşı müqaviməti Ərdəşiri Romaya hücum etmək qərarına gətirdi. 230-cu ildə Nusaybini mühasirəyə alan Fars orduları Kappadokiyaya qədər gedib çıxmışdı. 232–233-cü illərdə Septimi Severlə olan bir sıra döyüşlərdə Roma ordularını məğlubiyyətə uğratdı və 237-ci ildə nəhayət ki, Mesopotamiyanın şimalını ələ keçirə bildi. 240-cı ildə oğlu Şapuru şərik kimi taxta çıxardı. 242-ci ildə vəfat etdi.

I Ərdəşir tərəfindən 209-cu ildə tikdirilmiş Qız qalası

Ailəsi

Atası Babək Sasani yerli bir əsilzadə, babası Sasan İstəhr atəşgahının rahibi idi. Nənəsi isə Bəzrəngilər ailəsinə mənsub idi. Şapur və Balaş adlı iki qardaşı vardı.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 29, 2026

    Gecə-gündüzün bərabərliyi

  • Mart 29, 2026

    Azərbaycan 2024 Yay Olimpiya Oyunlarında

  • Mart 29, 2026

    Tamerlan Qarayev

  • Aprel 03, 2026

    Çernoqor dili

  • Mart 26, 2026

    Monako

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst