Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Feysəl ibn Hüseyn əl-Haşimi (ərəb. فيصل بن الحسين بن علي الهاشمي‎; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; 20 may 1885, Məkkə, Hicaz vilayəti – 8 sentyabr

I Feysəl

Vikipediya, azad ensiklopediya
I Feysəl
ərəb. فيصل الأول
ərəb. فيصل بن الحسين بن علي الحسني الهاشمي
23 avqust 1921 8 sentyabr 1933
SonrakıI Qazi
Suriya kralı
8 mart 1920 24 iyul 1920
Şəxsi məlumatlar
Doğum tarixi 20 may 1885(1885-05-20)
Doğum yeri
Vəfat tarixi 8 sentyabr 1933(1933-09-08) (48 yaşında)
Vəfat yeri
  • Bern, İsveçrə
Vəfat səbəbi ürək çatışmazlığı
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, kral
Atası Hüseyn ibn Əli əl-Haşimi
Həyat yoldaşı
  • Hüzeymə bint Nasir (1904-cü ildən)
Uşaqları
  • Qazi ibn Əli əl-Haşimi
Dini İslam
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, Aktiv idarəçilik
Təltifləri Knight Grand Cross of the Order of the Bath "Müqəddəs Mixail və Georgi" ordeni Grand Cordon of the Order of Leopold "Fəxri legion" ordeninin böyük xaçı "İtaliya tacı" ordeninin böyük xaçı Pəhləvi ordeni Supreme Order of the Renaissance "Məhəmməd Əli" ordeni Grand Order of the Hashimites Order of the Two Rivers Royal Victorian Chain
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Feysəl ibn Hüseyn əl-Haşimi (ərəb. فيصل بن الحسين بن علي الهاشمي; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; 20 may 1885, Məkkə, Hicaz vilayəti8 sentyabr 1933, Bern) — 1920–1921-ci ildə Suriya Ərəb Krallığının, 1921–1933-cü illərdə İraqın 1-ci kralı. 1916–1924-cü illərdə hakimiyyətdə olmuş Hicaz kralı Hüseyn ibn Əlinin oğlu idi.

Həyatı

Feysəl ibn Hüseyn, 1883-cü ildə Məkkə yaxınlığındakı Taif şəhərində anadan olmuşdu. Birinci Dünya müharibəsi zamanı bəzi ərəb sülalə liderləri Osmanlılara qarşı çıxmağa başlamışdılar. İçində Suriya ərəblərinində olduğu bir çox sülalə Hüseyn ibn Əlini öz liderləri kimi görürdü. 1915-ci ildə Feysəl Osmanlılara qarşı mübarizədə ərəblərin onları hansı şərtlər daxilində dəstəkləyəcəyini öyrənmək üçün Şam şəhərinə getdi.

1916-cı ildən başlayan Ərəb hərəkatında Feysəlin önəmli rolu vardır. 1918-ci ilin sentyabrında Şam işğal edildi və Feysəl Suriya kralı elan edilir (1920). Ancaq, Feysəl Versal konfransına qatılmaq üçün 1919-cu ildə Parisə getdi. Fransızlar bu zaman Livan və Suriyanı ələ keçirməkdə qərarlı olduğunu görüb fransızlarla razılaşmaq məcburiyyətində qaldı. 1920-ci ildə Şama döndü. 1920-ci ilin iyulunda Fransızlar Şamı işğal etdilər. Feysəl ölkədən ayrılmaq məcburiyyətində qaldı və ingilislərin dəvəti ilə Londona getdi.

1920-ci ilin sonlarında İngilislər İraqı işğal etmişlərdi. Ölkədə yaranan hərəkatı zəiflətmək üçün Feysəli burda qurulacaq hökumətin kralı elan etdilər. 1921-ci ilin avqust ayında Feysəl kral elan edilir. O, ağıllı siyasət yeridərək həm Ərəb milliyyətçilərinin dəstəyini, həm də İngilislərin dəstəyini özündə saxlayırdı. Bunun nəticəsində 1930-cu ildə İraq krallığı müstəqilləşdi və 1932-ci ildə Millətlər Birliyinə daxil oldu. 1933-cü ildə İsveçrənin Bern şəhərində qəflətən vəfat etdi. Yerinə oğlu Qazi ibn Feysəl keçdi.

Həmçinin bax

  • Hüseyn ibn Əli əl-Haşimi
  • Qazi ibn Əli əl-Haşimi
Üst