Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

I Fransisk (fr. François Ier) və ya Anqulemli Fransisk (fr. François d’Angoulême; 12 sentyabr 1494 – 31 mart 1547, Rambuye[d], Fransa metropoliyası) — Fransa kr

I Fransisk

Vikipediya, azad ensiklopediya
I Fransisk
fr. François Ier
Fransa kralı
1 yanvar 1515 31 mart 1547
ƏvvəlkiXII Lüdovik
SonrakıII Henri
Şəxsi məlumatlar
Doğum tarixi 12 sentyabr 1494(1494-09-12)
Vəfat tarixi 31 mart 1547(1547-03-31) (52 yaşında)
Vəfat yeri
  • Rambuye[d], Rambuye, İvelin, İl-de-Frans, Fransa metropoliyası, Fransa
Vəfat səbəbi xəstəlik
Dəfn yeri
Atası Orleanlı Karl
Həyat yoldaşları
  • Fransalı Klod (1514–1524),
  • Avstriyalı Eleonora (1530–1547)
Uşaqları
  • II Henri,
  • Valualı Medlin,
  • II Karl

Təltifləri "Qızıl yun" ordeninin cəngavər dərəcəsi "Corab bağı" ordeninin cəngavər dərəcəsi — 1527
Monoqram Monoqramın şəkli
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Fransisk (fr. François Ier) və ya Anqulemli Fransisk (fr. François d’Angoulême; 12 sentyabr 149431 mart 1547, Rambuye[d], Fransa metropoliyası) — Fransa kralı. Atası V Çarlzın nəticəsi Anqulem qrafı Orleanlı Çarlz, anası isə Savoyyalı Luiza idi. Fransisk 1515-ci ildə həm ana, həm də ata şəcərəsindən qohumu olan, üstəlik qayınatası olan Fransa kralı XII Lüdovikin ardından taxta çıxdı.

Elmin və incəsənətin hamisi olan Fransisk, məşhur əsəri Mona Lizanı satın alaraq Parisə dəvət etdiyi Leonardo da Vinçi də daxil olmaqla, bir çox rəssam, şair, heykəltaraş və incəsənət xadimini ətrafında toplayaraq Fransa renesansının inkişafına təkan verdi. Onun səltənəti dönəmində Fransada mərkəzi hakimiyyət gücləndi, protestantlıq və humanizm cərəyanı gücləndi və fransızlar ilk dəfə Amerikaya addım atdı. Jak Kartye və digər fransız kəşfiyyatçılar vasitəsilə Yeni dünyada Fransa da haqq iddia etməyə başladı və ilk dəfə Fransa müstəmləkə imperiyasının təməli atıldı.

Fransız dilinin standartlaşdırılması və inkişafındakı rolu səbəbilə "le Père et Restaurateur des Lettres" ("Hərflərin atası və Restoratoru"), ən güclü rəqibi Müqəddəs Roma imperatoru V Karlla apardığı müharibədə döyüşlərə şəxsən qatıldığı üçün "Roi-Chevalier" ("Cəngavər kral"), fiziki görünüşü səbəbilə isə "François au Grand Nez" ("Yekə burunlu Fransisk") olaraq da tanınır.

Sələflərinin izindən gedərək İtalya müharibəsinə davam etdi və rəqibi olan V Karlın öncə Burqundiya və İspaniya, ardından Müqəddəs Roma imperiyasının taxtına əyləşməsi ilə Fransa Habsburq imperiyasının mühasirəsinə düşdü. Bu mübarizədə İngiltərə kralı VIII Henri ilə ittifaq qurmaq istəsə də, onun bu cəhdi uğursuz alındı. Ardından xristian dünyasının etirazlarını dinləməyərək Osmanlı sultanı Sultan Süleymanla müttəfiq oldu və uzun illər davam edən Osmanlı-Fransa ittifaqının təməlini atdı.

Üst