Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jalə Fərhad qızı Əhmədova (23 aprel 1981, Bakı) — hüquqşünas, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Maliyyə-İqtisad Kollecini

Jalə Əhmədova

  • Ana Səhifə
  • Jalə Əhmədova

Jalə Fərhad qızı Əhmədova (23 aprel 1981, Bakı) — hüquqşünas, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Maliyyə-İqtisad Kollecinin müəllimi, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti, Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvü, Azərbaycan Gimnastika Federasiyasında İntizam Komitəsinin üzvü, "Psixi Sağlamlıq" Proqramının rəhbəri, Ombudsman yanında "Psixi sağlamlıq və İnsan hüquqları" sahəsində İşçi Qrupunun üzvü, Azərbaycan Standartlaşdırma İnstitutu yanında "Psixoloji yardım" üzrə Texniki Komitənin sədri, Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək" İB İdarə Heyətinin üzvü, Beynəlxalq Qadınlar Klubunun İdarə Heyətinin üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin fəxri üzvü, gənclərlə iş sahəsi üzrə mentor. Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri.

Jalə Əhmədova
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
10 mart 2020 – 23 sentyabr 2024
Seçki dairəsiVI çağırış — 59 saylı Salyan
Şəxsi məlumatlar
Doğum tarixi 23 aprel 1981(1981-04-23) (45 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası (2025–)
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Fəaliyyəti dövlət qulluqçusu, hüquqşünas
Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı

Mündəricat

Həyatı

Jalə Fərhad qızı Əhmədova 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib. Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın insan resursları şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində Daxili Nəzarət İdarəsinin baş zabit-hüquqşünası vəzifələrində çalışıb. . AR Milli Məclisinin VI çağırış deputatı olub. Hal-hazırda AR əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışır. Azərbaycan Maliyyə-İqtisad Kollecinin müəllimidir.

Rus və ingilis dillərini bilir.

Ehtiyatda olan zabitdir.

Ailəsi

Jalə Əhmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi polkovnik Fərhad Əliyevin (1954–2022) qızıdır.

AR Dövlət Təhlükəsizlik Xidmətinin mərhum polkovniki Babək Əhmədovun (1970–2022) həyat yoldaşıdır.

İki övladı var.

İctimai-siyasi fəaliyyəti

  • 2018–2022-ci il — "Wing Chun" Döyüş Sənəti Federasiyasının təsisçilərindən biri və birinci vitse-prezidenti.
  • 2022-ci il — Türk Dövlətləri Autizm Federasiyasının baş katibi.
  • 2022–2025-ci il — Azərbaycan Autizm Assosiasiyasının prezidenti.
  • 2022–2025-ci il — Dünya Alpaqut (Turan döyüş sənəti) Federasiyasının prezidenti.
  • 2023-cü il — Paralimpiya komitəsinin İdarə Heyətinin üzvü.
  • 2023-cü il — "Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək" İctimai Birliyin İdarə Heyətinin üzvü.
  • 2023-cü il — Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin fəxri üzvü.
  • 2024-cü il — "İDDO Psixi Sağlamlıq Proqramının" rəhbəri.
  • 2024-cü il — Azərbaycan Standartlaşdırma İnstitutunun yanında "Psixoloji yardım" üzrə Texniki Komitənin sədri.
  • 2024-cü il — Beynəlxalq Qadınlar Klubunun İdarə Heyətinin üzvü.
  • 2024-cü il — Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri.
  • 2025-ci il — Ombudsman yanında "Psixi sağlamlıq və İnsan hüquqları" sahəsində İşçi Qrupunun üzvü.
  • 2025-ci il — Azərbaycan Maliyyə İqtisad Kollecinin müəllimi.
  • 2026-cı il — Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti.
  • 2026-cı il — Azərbaycan Gimnastika Federasiyasında İntizam Komitəsinin üzvü.
  • 2026-cı il — Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru və həmin akademiyanın "Qızıl ulduz" medalı laureatı.

Milli Məclis

  • 2020–2024-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı.
  • İnsan hüquqları komitəsinin üzvü olub.
  • Gənclər və idman komitəsinin üzvü olub.
  • Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvü olub.
  • Müstəqil Dövlətlər Birliyinin üzvü olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvü olub.
  • Azərbaycan–Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 07, 2026

    Türk lirəsi

  • Aprel 07, 2026

    Bolqarıstan bayrağı

  • Aprel 09, 2026

    Rəşid Göyüşov

  • Aprel 24, 2026

    Dadiani sarayı

  • Aprel 13, 2026

    Elmira Nəzirova

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst