| Küsnət | |
|---|---|
| 41°16′15″ şm. e. 48°20′00″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Quba rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.188 m |
| Əhalisi | |
| Əhalisi | 285 (2009) nəfər |
| Küsnət | |
Küsnət — Azərbaycan Respublikasının Quba rayonunun Küpçal kənd inzibati ərazi dairəsində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir.
Tarixi
- Quba rayonunun ən qədim kəndlərindən biridir.
Toponimikası
- Küsnət oyk., sadə.
- Qəbələ r-nunun Qəbələ şəhər i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Kənd Quba r-nunun Küsnət kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır;
- Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi əvvəlcə indiki Vladimirovka kəndinin yerində idi və Dağıstanın Küsnət kəndindən qədimdə gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdı. Rus ailələri ora köçürüldükdən sonra küsnətlilərin bir hissəsi indiki Küsnət kəndinin əsasını qoymuş, digər hissəsi isə Qəbələ r-nuna gedərək Küsnət kəndini yaratmışdılar. Küsnət sözü Ağdaş r-nunda "ağır-xasiyyətli, qaraqabaq" mənalarında işlənir. Bu sözün türk dillərində "payızlıq", "dağlıq ərazi". "quzey" mənaları da vardır.
Coğrafiyası və iqlimi
- İqlimi turizm üçün əlverişlidir. Dağ ətəyində yerləşdiyinə görə dəyişkən havası var.
İqtisadiyyatı
- Əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. Əsas məşğuliyyətləri əkinçilik və arıçılıqdır.
Yol
2014-cü ildə yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba–Küpçal–Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon üç yüz min) manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılmışdır.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 285 nəfər əhali yaşayır.
Həmçinin bax
- Quba rayonu
Kateqoriyalar:
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Quba rayonu qaralamaları
- Quba rayonunun kəndləri