Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kənarçay yada Ğener— Azərbaycan Respublikasının Qusar rayonunun Sudur kənd inzibati ərazi dairəsində kənd.

Kənarçay (Qusar)

41°21′55″ şm. e. 48°04′20″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Kənarçay
Гъенер хуьр
41°21′55″ şm. e. 48°04′20″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 357 nəf.
Milli tərkibi Ləzgilər
Dini tərkibi Sünni - Müsəlmanlar (Şafii məzhəbi - müridlər)
Xəritəni göstər/gizlə
Kənarçay xəritədə
Kənarçay
Kənarçay

Kənarçay yada Ğener— Azərbaycan Respublikasının Qusar rayonunun Sudur kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Oykonim kənar (burada "sahil" mənasındadır) və çay sözlərindən düzəlib, "çay sahili" deməkdir. Kəndin adı Qənərçay variantında da qeydə alınmışdır.

Tarix

Baş kənd olan Sturun bilavasitə yaxınlığında, 2-5 km-dən çox olmayaraq 11 kənd yaranır – Xturğan, Ğener, Arçan, Elix, Yerği-kek, Takar, Suv, Güne, Sanay, Vini-Qer, Guğa-Qer, bu qonşu təpələrdə və yamaclarda yerləşən zamanla ən böyük kəndə şamil edilmiş ümumi Stur adı ilə tanınan yaşayış məntəqələrin eyni kökdən gəldiyi deyilir.

11 soy
Ləzgicə Azərbaycanca
Бинедилай цIусад тIур,

ЦIусад бине-хуьр кутур,

КIватI хьайила тек са хуьр

Са кIвал, са югъ, са СтIур.

ТIакIар, Арчан, Яргъикек,

Хъутур, Гъенер, мад Элихъ,

Кьерни Гуьне, Сувни тик

Са кIвал, са югъ, са СтIур.

Зегьмет кIани кьегьалар,

Гам храдай гуьзелар,

Къуран Суннат хвевай

Са кIвал, са югъ, са СтIур

On bir soydan gələn xəncəllər,

On bir kəndə kök salanlar,

Yığışıb bir tək cammat olanlar

Bir yurd, bir güc, bir Stur.

Takar, Arçan, Yerğikek,

Xutur, Ğener, bir də Elix,

Qer, Güne və Suv da dimdik

Bir yurd, bir güc, bir Stur.

Zəhmət sevən əsil igidlər,

Xalça toxuyan ədəbli gözəllər,

Quran Sünnəni düz bilənlər

Bir yurd, bir güc, bir Stur.

Coğrafiyası

Kənd Sudur çayının sahilində, dağətəyi ərazidə yerləşir.

İqlimi

Kəndin iqlimi çox sərtdir. Qış aylarında qar örtüyünün qalınlığı 40–50 santimetrə çatır, hava temperaturu isə -20 °C-yə qədər enir, intensiv yağıntılar səbəbindən rayon mərkəzi ilə nəqliyyat əlaqəsi tez-tez kəsilir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır.

Həmçinin bax

Üst