| Kamal Kılıçdaroğlu | |
|---|---|
| türk. Kemal Kılıçdaroğlu | |
| | |
| 21 may 2026 – 24 iyul 2026 | |
| Əvvəlki | Özgür Özəl |
| Sonrakı | Özgür Özəl |
| 22 mart 2010 – 5 noyabr 2023 | |
| Əvvəlki | Dəniz Baykal |
| Sonrakı | Özgür Özəl |
| 18 noyabr 2002 – 14 may 2023 | |
| 7 iyul 2018 – 14 may 2023 | |
| Seçki dairəsi | İzmir 2-ci seçki dairəsi[d] |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Kemal Karabulut |
| Doğum tarixi | 17 dekabr 1948 (77 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | iqtisadçı, siyasətçi, bürokrat |
| Həyat yoldaşı |
|
| Uşağı | 3 (Kerem Kılıçdaroğlu daxil olmaqla) |
| Dini | Ələvilik |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | siyasət, siyasətçi |
| | |
![]() | |
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948, Ballıca[d], Tuncəli ili) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sabiq sədri və həmin partiyaya sədrliyi dövründə Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən 2023-cü il 5 noyabra qədər). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023).
Fəaliyyəti
Əmək fəaliyyəti
1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur.
Siyasi fəaliyyəti
1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir.
2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.
2009-cu ildə Cümhuriyyət Xalq Partiyasından İstanbul bələdiyyə sədrliyinə namizəd olmuş, 36,80 % səs toplasa da, kiçik səs fərqi ilə məğlub olmuşdur.
Kılıçdaroğlu Türkiyə hökumətinin Suriyanın daxili işlərinə qarışmasını tənqid edib. O, həmçinin Suriyalı qaçqınların Türkiyə büdcəsinə qoyduğu iqtisadi yükü və onların öz ölkələrinə qayıtmaq istəklərini əsas gətirərək Türkiyədən deportasiyalarını açıq şəkildə dəstəkləmişdir.
Kılıçdaroğlu Türkiyənin Azərbaycana dəstək siyasətini alqışlayır. O, Azərbaycanın Qarabağ münaqişəsində mövqeyinin beynəlxalq hüquqa uyğun olduğunu bəyan edib.
6 mart 2023-cü ildə Millət İttifaqı tərəfindən 2023-cü il prezident seçkilərində Türkiyə prezidentliyinə namizəd kimi təsdiq edilmişdi. Seçkilərdə rəqibi Ərdoğana məğlub olmuşdur.
Ailəsi
Kılıçdaroğlunun ailəsi Xorasanın ələvi qəbilələrindən biri Kureyşan qəbiləsinə mənsubdur. O, özü iddia edir ki, onun əcdadları Bozok tayfa ittifaqına daxil olan Oğuz soyundan olan Bəydili boyundandır. Özünü həm də seyid hesab edir. Səlvi Kılıçdaroğlu ilə evlidir, üç övladı var.
Kılıçdaroğlu həmçinin onun erməni əsilli olması iddiasını tamamilə rədd edir. Hətta 2011-ci ildə onun anasının erməni olduğunu iddia edən yazıçı yazmış olduğu qeydlərə görə Kılıçdaroğlu tərəfindən məhkəməyə verilmişdir. Kılıçdaroğlunun vəkili Mutluxan Qaragözoğlunun Türkiyə Baş Prokurorluğuna təqdim etdiyi vəsatətdə Süleyman Yeşilyurtun "Dersim Erməni Yemuş Xanımın oğlu Çarkçı Kamal" adlı kitabından bəhs edilir. Anasının erməni əsilli olması ilə bağlı böhtan və erməni etnik mənsubiyyətindən istifadə edilərək ona qarşı kompaniya aparmağa çalışıldığı, seçkilərdən əvvəl böhtan atıldığı bildirilib. İddianamədə qeyd edilirdi ki, Kılıçdaroğlunun anasının erməni əsilli olması iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Lakin İnsan hüquq və azadlıqların müdafiəsi üzrə Avropa konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan fikir və hadisələri ifadə və yayma azadlığının olduğu əsas tutularaq məhkəmə bu iddianaməni rədd etdi. Qeyd edilirdi ki, siyasi və ictimai xadimlər təqsirli bilinən insanlara qarşı tənqidi baxımdan çevik yanaşma nümayiş etdirməlidirlər.
- 17 dekabrda doğulanlar
- 1948-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Nazimiyədə doğulanlar
- Demokratik Sol Partiyanın üzvləri (Türkiyə)
- Cümhuriyyət Xalq Partiyasının üzvləri
- Qazi Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Tunceli ilində doğulanlar
- Türkiyə siyasətçiləri
- TBMM XXII çağırış deputatları
- TBMM XXIII çağırış deputatları
- TBMM XXIV çağırış deputatları
- Zazalar
- TBMM XXV çağırış deputatları
- TBMM XXVI çağırış deputatları
- TBMM XXVII çağırış deputatları
- Cümhuriyyət Xalq Partiyasının sədrləri
- Türkiyə prezidentliyinə namizədlər
- TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədrləri
- TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavinləri
- Kamal Kılıçdaroğlu
- Türkiyə müsəlmanları
- Türkiyə iqtisadçıları
- İstanbul ilinin deputatları
