Kamran Bayram oğlu Əliyev (18 noyabr 1965, Balakən) — Azərbaycan Respublikasının Baş prokuroru (2020-ci ildən), Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidenti, I dərəcəli dövlət ədliyyə müşaviri (2021).
| Kamran Əliyev | |
|---|---|
| |
Vəzifədədir | |
| 1 may 2020-ci ildən | |
| Əvvəlki | Zakir Qaralov |
| 14 avqust 2014 – 1 may 2020 | |
| Baş prokuror | Zakir Qaralov |
| 2007 – 1 may 2020 | |
| Baş prokuror | Zakir Qaralov |
| Əvvəlki | Namiq Əsgərov |
| Sonrakı | Nazim Rəcəbov |
17 mart 2014-cü ilədək Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi kimi | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 18 noyabr 1965 (60 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | dövlət xadimi, hüquqşünas |
| Rütbəsi | I dərəcəli dövlət ədliyyə müşaviri |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
Həyatı və fəaliyyəti
Kamran Bayram oğlu Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən şəhərində anadan olmuşdur. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilmişdir. Daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləmişdir.
1990–1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili almış, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır.
Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun istintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilmişdir.
Kamran Əliyev Azərbaycan Respublikası Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdir. 1 may 2025-ci ildə yenidən baş prokuror təyin olunmuşdur.
23 noyabr 2021-ci ildən I dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-polkovniki) ali xüsusi rütbəsindədir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının sədri, hüquq elmləri üzrə fəlsəfə doktorudur. Eyni zamanda Azərbaycan Korrupsiyaya qarşı mübarizə Komissiyasının üzvüdür.
Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidentidir. Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur.
İngilis və rus dillərini sərbəst bilir. Ailəlidir, iki övladı, dörd nəvəsi var.
Təltifləri
- "Azərbaycan Bayrağı" ordeni — 27 sentyabr 2008
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 28 sentyabr 2018
- 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 19 noyabr 2025
