| Kamran Hüseynov | |
|---|---|
| |
Azərbaycan Ticarət və Sənaye Palatasının sədri | |
| 1980 – 1993 | |
| Sonrakı | Süleyman Tatlıyev |
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini | |
| 28 fevral 1968 – 24 mart 1980 | |
| Sədr | Ənvər Əlixanov Əli İbrahimov |
Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının Katibi | |
| 10 iyun 1961 – 27 fevral 1968 | |
| Əvvəlki | Solovyov Nikolayeviç |
| Sonrakı | Danilin Qriqoryeviç |
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri | |
| 9 may 1958 – 9 iyun 1961 | |
| Əvvəlki | Şəfiqə Bədəlova |
| Sonrakı | Qüdrət Dadaşov |
Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi | |
| 1953 – 1958 | |
Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibi | |
| 1952 – 1953 | |
Azərbaycan Kommunist Partiyası Binəqədi Rayon Komitəsinin birinci katibi | |
| 1945 – 1947 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 15 dekabr 1913 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 19 aprel 2006 (92 yaşında) |
| Vəfat yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
Kamran Əsəd oğlu Hüseynov (15 dekabr 1913, Çərəli, Zəngəzur qəzası – 19 aprel 2006, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı.
Həyatı
Kamran Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938–1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940–1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir.
Kamran Hüseynov 1941–1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944–1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945–1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952–1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953–1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.
Kamran Hüseynov 1958–1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961–1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968–1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980–1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.
O, 1967-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır.
O, uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərmişdir.
Kamran Hüseynov Azərbaycan Respublikasının ali mükafatı — "Şöhrət" ordeni ilə təltif edilmişdir. 11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Kamran Əsəd oğlu Hüseynov 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat etmişdir.
Ailəsi
Hicran Hüseynovanın atasıdır.
- 15 dekabrda doğulanlar
- 1913-cü ildə doğulanlar
- Zəngəzur qəzasında doğulanlar
- 19 apreldə vəfat edənlər
- 2006-cı ildə vəfat edənlər
- 92 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Xarkov Milli İnşaat və Memarlıq Universitetinin məzunları
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- Bakı Ali Partiya Məktəbinin məzunları
- Tarix elmləri doktorları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ermənistan azərbaycanlıları
- Azərbaycan SSR siyasətçiləri
- Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibləri
- RSFSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədrləri
- Azərbaycan memuarçıları
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Sov.İKP-nin XXIII qurultayının nümayəndələri
- Sov.İKP-nin XX qurultayının nümayəndələri
- Sov.İKP-nin XXI qurultayının nümayəndələri
- Sov.İKP-nin XXII qurultayının nümayəndələri
- RSFSR Ali Sovetinin VII çağırış deputatları
