| Kamran Kazımov | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 7 dekabr 1990 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 5 oktyabr 2020 (29 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Vətəndaşlığı | |
| Təhsili |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
| Qoşun növü | |
| Xidmət illəri | 2010—2011 / 2014—2020 |
| Rütbəsi | |
| Döyüşlər | • Qarabağ müharibəsi (2020)
|
| Təltifləri | |
Kamran Qurbanəli oğlu Kazımov (7 dekabr 1990, Voloqda vilayəti – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı
Kamran Qurbanəli oğlu Kazımov 1990-cı il, dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayəti anadan olub.
1997–2008-ci illərdə Xətai rayonu S. Həsənov adına 63 nömrəli tam orta məktəbdə təhsil alıb.
2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2010–2011-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib.
2012-ci ildə sənədlərini Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə verib və 2012–2014-cü illərdə burada təhsil alıb.
2014-cü ildən qoşunların sıralarında taqım komandiri, qrup komandiri vəzifələrində xidmət edib.
Müxtəlif illərdə daxili işlər nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 5-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub. 2 saylı Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. Aydan və Kamrana adında 2 qızı var.
- 7 dekabrda doğulanlar
- 1990-cı ildə doğulanlar
- Voloqda vilayətində doğulanlar
- 5 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- 29 yaşında vəfat edənlər
- Cəbrayıl rayonunda vəfat edənlər
- Hərbi Memorial Məzarlıqda dəfn olunanlar
- Azərbaycan Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin məzunları
- Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantları
- "Qarabağ" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar